Koçaryan: Ermənistan hakimiyyəti Qarabağdakı müharibəni yaxınlaşdırmaq üçün hər şey etdi05 Dekabr 2020, 11:18 (GMT +4) Bakı, 5 dekabr, SalamNews. Ermənistan rəhbərliyi diqqətsiz hərəkətləri və açıqlamaları ilə Qarabağdakı müharibəni yaxınlaşdırmaq üçün hər şeyi etdi.
SalamNews-un “Sputnik-Armeniya”ya istinadən verdiyi xəbərə görə, bunu ölkənin ikinci prezidenti Robert Koçaryan "Kanal 5"ə verdiyi müsahibəsində açıqlayıb.
"Əminəm ki, səlahiyyətli şəxslər müharibənin qaçılmaz olması üçün hər şeyi etdi. Birincisi, danışıqlar prosesi dayandırıldı və bu qəsdən edildi. Qarşılıqlı müstəsna bəyanatlarımızla elə bir vəziyyət yaratdıq ki, həmsədrlər erməni tərəfinin nə istədiklərini bilmədi.
Elə bir təsürrat yarandı ki, Ermənistan çıxılmaz vəziyyət yaratmaq üçün hər şey edir. Müharibə heç kimin şübhə etmədiyi bir vaxtda başladı - danışıqları erməni tərəfi əngəlləyir", Koçaryan qeyd edib.
|