Ötən gün yaşayış yerini tərk edən 18 nəfər aktiv koronavirus xəstəsi saxlanılıb05 Dekabr 2020, 11:30 (GMT +4) Bakı, 5 dekabr, SalamNews. Dekabrın 4-də respublika ərazisində yaşayış yerini tərk edən daha 18 nəfər aktiv koronavirus xəstəsi saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, saxlanılan xəstələrdən 13 nəfər evə qaytarılıb, daha ağır olan 5 nəfər isə xəstəxanaya yerləşdirilib.
Həmin şəxslərdən 9 nəfər barədə Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsilə cinayət işi başlanıb.
|