ABŞ qoşunları Somalini tərk edir05 Dekabr 2020, 12:11 (GMT +4) Bakı, 5 dekabr, SalamNews. ABŞ prezidenti Donald Tramp, Müdafiə Nazirliyi və Afrika Komandanlığına Amerika qoşunlarının 2021-ci ilin əvvəlində Somalidən geri çəkilməsini əmr edib.
SalamNews xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi Somalini tərk edən kontingentin böyük bir hissəsinin Keniya və Cibutiyə yerləşdiriləcəyinə dair yazılı açıqlama verib.
Qeyd edək ki, Somalidə təxminən 700 Amerika əsgəri var.
Keçən həftə, 3 noyabrda Tramp tərəfindən Müdafiə naziri təyin olunan Kristofer Miller Somaliyə planlaşdırılmamış səfərə gedib.
|