İranın Bakıdakı səfiri Naxçıvana səfər edib05 Dekabr 2020, 11:56 (GMT +4) Bakı, 5 dekabr, SalamNews, B.Samid. İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi Naxçıvan Muxtar Respublikasına səfər edərək, qarşılıqlı əlaqələri müzakirə edib.
SalamNews xəbər verir ki, bu barədə İranın səfiri rəsmi tvitter səhifəsində məlumat verib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovla görüşdüyünü bildirən İran səfiri, qarşılıqlı əlaqələrin son durumu barədə fikir mübadiləsi apardığını deyib.
Səfir bildirib ki, Naxçıvan Muxtar Respublikası ilə iqtisadi əməkdaşlığın genişləndirilməsini, xüsusilə də gömrük və tranzit məsələlərini Vasif Talıbovla müzakirə ediblər.
|