Bakıda sexdən 30 min manatlıq oğurluq edilib05 Dekabr 2020, 14:17 (GMT +4) Bakı, 5 dekabr, SalamNews. Bakıda sexdə oğurluq hadisəsi baş verib.
Bu barədə SalamNews-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Suraxanı Rayon Polis İdarəsi 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisindəki sexlərin birindən 30 000 manat dəyərində beton piltə oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Z.Qasımov saxlanılıb.
|