İranda Covid-19 virusundan ölənlərin sayı 50 mini ötüb05 Dekabr 2020, 15:56 (GMT +4) Bakı, 5 dekabr, SalamNews, B.Samid. İranda son sutkada 321 nəfər koronavirusun Covid-19 növündən ölüb və bu rəqəm ümumilikdə 50,016-a çatıb.
SalamNews İSNA-a istinadla xəbər verir ki, bunu İranın Səhiyyə Nazirliyilinin mətbuat katibi Sima Sadat-Lari deyib.
Bildirilib ki, ölkədə son sutkada 321 nəfər koronavirusun Covid-19 növündən ölüb və bu rəqəm ümumilikdə 50,016-a çatıb.
Əlavə edilib ki, son 24 saat ərzində İranda 12,151 nəfərin koronavirusun Covid-19 növünə yoluxması qeydə alınıb və bu rəqəm ümumilikdə 1,028,986-a çatıb.
Ölkədə hal-hazırda 5,817 Covid-19 xəstəsinin vəziyyətinin kritik olduğu deyilir.
|