Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Ermənistan və Azərbaycan arasındakı atəşkəs Peru mətbuatında müzakirə olunub

07 Dekabr 2020, 11:15 (GMT +4)

Bakı, 7 dekabr, SalamNews. Perunun ən nüfuzlu mətbuat orqanlarından olan “La República” qəzetində Ermənistanla Azərbaycan arasında atəşkəsin əldə edilməsi üzrə Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya Prezidenti Vladimir Putinin və Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrın 9-da imzaladığı birgə bəyanat haqda bu ölkədəki səfirimiz Məmməd Talıbovun müsahibəsi dərc olunub.

Bu barədə SalamNews-a Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən məlumat verilib.

Müsahibədə razılaşmanın əldə olunmasında Rusiyanın vasitəçiliyi və Türkiyənin əhəmiyyətli rolunu qeyd edən səfir, bəyanatın tələblərinə əsasən Ermənistan ordusunun Azərbaycanın işğalda qalan ərazilərindən çıxarıldığını, razılaşmanın tələblərinə əməl edilməsinə nəzarət məqsədilə bölgədə Rusiya sülhməramlı qüvvələrinin yerləşdirildiyini, habelə Rusiya və Türkiyənin iştirakı ilə birgə monitorinq mərkəzinin yaradılacağını məlumat verib.

Bildirib ki, bəyanatın tələblərindən irəli gələrək, 1991-94-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ və yeddi ətraf rayonunun, ümumilikdə ölkə ərazisinin beşdə birinin Ermənistan tərəfindən işğalı zamanı bu ərazilərdən qovulmuş 1 milyona yaxın azərbaycanlı məcburi köçkünün qarşıdakı vaxtlarda öz torpaqlarına qaytarılması nəzərdə tutulur.

Azərbaycan tərəfinin itkilərinə dair sualla bağlı səfir hərbi əməliyyatlar dövründə münaqişə zonasından kənarda yerləşən, sıx məskunlaşmış şəhər və kəndlərimizin, o cümlədən ölkənin ikinci ən böyük şəhəri olan Gəncənin dəfələrlə Ermənistan tərəfindən ballistik raket zərbələrinə məruz qaldığını, bu hücumlar zamanı 94 nəfər mülki şəxsin həlak olduğunu, 400 nəfərdən çox insanınsa yaralandığını məlumat verib.

Bölgənin gələcəyi ilə bağlı Azərbaycan tərəfinin gözləntilərinə dair suala münasibətdə səfir Ermənistanda təcavüzkar və qisasçı məqsədlər güdən, azərbaycanlılara qarşı nifrəti təbliğ edən deyil, barışıq tərəfdarı olan və bu düşmənliyə son qoyulmasını dəstəkləyən siyasətin üstünlük təşkil edəcəyinə ümidvar olduğumuzu bildirib. Azərbaycanda ermənilərə qarşı kin bəslənilmədiyini deyən diplomat, bu gün ölkəmizdə on minlərlə erməninin yaşadığını, Dağlıq Qarabağdakı ermənilərin də Azərbaycan vətəndaşı olduğunu və bu insanların Azərbaycan qanunlarına hörmət etmək şərtilə burada yaşamaqda davam edə biləcəyini söyləyib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

16 May 2021, 12:20 (GMT +4)
İsrailin Qəzzaya hücumunda ölənlərin sayı 174-ə çatıb, onların 47-i uşaqdır

15 May 2021, 21:56 (GMT +4)
İsrail Qəzzada Əlcəzirə və Associated Press -in ofisinin olduğu binanı yerlə yeksan edib (VİDEO)

15 May 2021, 17:02 (GMT +4)
Piyada əleyhinə mina risklərinə həsr olunmuş beynəlxalq konfrans təşkil edilib

15 May 2021, 16:55 (GMT +4)
Gürcüstanda son sutkada daha 1576 nəfərdə koronavirusa yoluxma qeydə alınıb

15 May 2021, 16:47 (GMT +4)
Ukraynada yeni qoşun növü yaradılacaq

15 May 2021, 16:38 (GMT +4)
Azərbaycanda son sutkada 377 nəfər koronavirusa yoluxub, 14 nəfər vəfat edib

15 May 2021, 16:30 (GMT +4)
Almaniyada son sutkada 7 mindən çox koronavirusa yoluxma aşkar edilib

15 May 2021, 16:23 (GMT +4)
“Nizami Gəncəvi yaradıcılığı uşaqların gözü ilə” adlı intellektual proqram təşkil olunacaq

15 May 2021, 16:12 (GMT +4)
ABŞ ilk dəfə Yaponiyada PUA-lar yerləşdirəcək

15 May 2021, 16:05 (GMT +4)
ETSN: Gələcəkdə su çatışmazlığının qarşısını almaq üçün tədbirlər planlaşdırılır

15 May 2021, 16:04 (GMT +4)
"WhatsApp" istifadəçilər üçün bəzi funksiyaları məhdudlaşdırmağa başlayır

15 May 2021, 15:53 (GMT +4)
Fələstin hərəkatları Təl-Əvivi altı ay intensiv hədəfə almaq iqtidarında olduqlarını bildiriblər

15 May 2021, 15:44 (GMT +4)
Çex Respublikasının Baş Prokuroru istefasına səbəb olaraq Ədliyyə naziri ilə fikir ayrılıqlarını göstərib

15 May 2021, 15:40 (GMT +4)
“Türk Hava Yolları” Gəncəyə uçuşları bərpa edib

15 May 2021, 15:28 (GMT +4)
Qəbələdə Bum çayı üzərində yeni körpü və Bum qəsəbəsinə gedən avtomobil yolu bərpadan sonra istifadəyə verilib

15 May 2021, 15:14 (GMT +4)
Uxanda tornado nəticəsində 6 nəfər ölüb

15 May 2021, 15:10 (GMT +4)
Qazax sakinində narkotik aşkarlanıb

15 May 2021, 14:56 (GMT +4)
Prezident İlham Əliyev Qəbələnin Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana Alban kilsəsində olub

15 May 2021, 14:47 (GMT +4)
Göygöldə təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər məsuliyyətə cəlb edilib 

15 May 2021, 14:37 (GMT +4)
Rusiyada son sutkada 8.790 yeni koronavirusa yoluxma aşkar edilib

15 May 2021, 14:29 (GMT +4)
"THY" Tel Əviv uçuşlarını ləğv edib

15 May 2021, 14:24 (GMT +4)
İsrailin Qəzzaya hücumunda ölənlərin sayı 140-a çatıb, onların 39-u uşaqdır (VİDEO)

15 May 2021, 14:13 (GMT +4)
Pakistanda yol qəzasında 11 nəfər ölüb

15 May 2021, 14:08 (GMT +4)
İlham Əliyev Qəbələnin Nic qəsəbəsində 1 saylı orta məktəbdə və Müqəddəs Yelisey adına Cotari kilsəsində olub

15 May 2021, 13:56 (GMT +4)
Abşeronda restoranda yanğın baş verib

15 May 2021, 13:44 (GMT +4)
MN: HHQ aviasiya vasitələri plana uyğun təlim-məşq uçuşları keçirir

15 May 2021, 13:40 (GMT +4)
KİV: Lukaşenko bir il ərzində üçüncü dəfə Rusiyaya səfər edəcək

15 May 2021, 13:34 (GMT +4)
İranın Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Rəisi də prezidentliyə namizəd olub

15 May 2021, 13:23 (GMT +4)
Dövlət Sərhəd Xidmətində gənc əsgərlərin andiçmə mərasimi keçirilib (FOTO)

15 May 2021, 13:12 (GMT +4)
Caspian Energy Club “Caspian Energy Poland”-da pay iştirakını satışa çıxarıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66