Türkiyənin Müdafiə Nazirliyi Qələbə paradı ilə bağlı videoçarx hazırlayıb
10 Dekabr 2020, 11:38 (GMT +4)
Bakı, 10 dekabr, SalamNews. Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanın Vətən müharibəsində qazandığı zəfər münasibətilə bu gün Bakıda keçiriləcək Qələbə paradı ilə bağlı paylaşım edib.
SalamNews xəbər verir ki, paradla bağlı hazırlanan videoçarx nazirliyin tvitter səhifəsində yerləşdirilib.
“Bir Vətən Hərəkatı”nın uğurla icra edən və Qarabağda böyük Zəfər əldə edən Azərbaycan türkü qardaşlarımızı təbrik edir, Bakıdakı paradda iştirak edəcək qəhrəman ordularımızın hərbçilərini qürurla salamlayırıq. 2 783 şəhidimizə Allahdan rəhmət diləyirik”, - paylaşımda qeyd olunub.
Tek Vatan Harekâtı’nı başarıyla icra eden ve Karabağ’da büyük bir zafer elde eden Azerbaycan Türkü kardeşlerimizi kutluyor, Bakü’deki törenlerde yürüyecek olan Kahraman Ordularımızın askerlerini gururla selamlıyoruz. 2783 şehidimize Allah’tan rahmet diliyoruz.
Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.