Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

“Bakcell”in Klass tariflərində eyni qiymətə daha çox dəqiqə və internet

14 Dekabr 2020, 17:39 (GMT +4)

Bakı, 14 dekabr, SalamNews. “Bakcell” özünün yenilənmiş Klass tarifləri vasitəsilə indi eyni qiymətə daha çox internet və dəqiqə təklif edir.

Bundan sonra, “Bakcell” abunəçiləri istifadə etdikləri Klass paketlərində daha çox internet və dəqiqə əldə edərək ölkənin ən sürətli mobil şəbəkəsinin potensialından və üstün müştəri təcrübəsindən yararlana biləcəklər. Yeni Klass tarifləri aşağıdakı üstünlükləri təqdim edir:

- “Klass 10” (əvvəlki “Klass XL” tarifi): ayda 10 manata 1 GB İnternet və 250 dəqiqə əvəzinə 2 GB İnternet və 300 ölkədaxili dəqiqə;

- “Klass 25” (əvvəlki “Klass XXL”): ayda 25 manata 2 GB İnternet və 750 dəqiqə əvəzinə 15 GB İnternet, 800 şəbəkədaxili və 250 şəbəkəxarici dəqiqə;

- “Klass 50” (əvvəlki “Klass 3XL”): ayda 50 manata 10 GB İnternet və 2000 dəqiqə əvəzinə 20 GB İnternet, şəbəkədaxili zənglər üçün 2500 dəqiqə, şəbəkəxarici zənglər üçün 500 dəqiqə və rouminqdə 2 GB İnternet trafiki (1GB əvəzinə);

- “Klass 5” (əvvəlki “Klass L”): ayda cəmi 5 manata 100 ölkədaxili dəqiqə və 500 MB (200 MB əvəzinə).

Bundan əlavə, “Bakcell” tam yeni “Klass 15” tarifini təqdim edib. Bu tarif sayəsində abunəçilər ayda 15 AZN ödəməklə ölkədaxili zənglər üçün 450 dəqiqə və 5 GB İnternet əldə edəcəklər. 

Yeni Klass tarifləri və qoşulma şərtləri barədə daha ətraflı məlumat https://www.bakcell.com/klass/az/klass/ səhifəsində yerləşdirilib.

“Biz müasir mobil telekommunikasiya xidmətləri istifadəçilərinin tələb və ehtiyaclarını nəzərə alaraq şirkətimizin təqdim etdiyi müştəri təcrübəsinin təkmillləşdirilməsi üzərində daim çalışırıq.

“Klass” tarifinin istifadəçiləri indi eyni qiymətə daha çox internet trafiki və dəqiqə əldə edərək Azərbaycanın ən sürətli mobil şəbəkəsinin üstünlüklərindən daha sərfəli şərtlərlə yararlanacaqlar. Yenilənmiş “Klass” tarifləri yerli bazarın ən sərfəli və rahat təkliflərindən biridir”, deyə “Bakcell” şirkətinin baş kommersiya direktoru Reinhard Zuba bildirib.

Qeyd edək ki, bütün Klass tariflərində limitsiz “WhatsApp” yazışması (yalnız mətn) pulsuzdur.

“Klass 50” paketinin istifadəçiləri isə “WhatsApp”dan pulsuz və limitsiz olaraq istifadə etmək imkanına malikdirlər.

“Bakcell” şirkəti məhsul və xidmətlərinin keyfiyyətini daim inkişaf etdirərək abunəçilərinə daha yaxşı müştəri təcrübəsi təqdim edir. Ölkədə ən geniş əhatə dairəsinə malik olan, tanınmış OOKLA şirkəti tərəfindən ardıcıl olaraq üç dəfə “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülən “Bakcell” şəbəkəsi bunun üçün bütün texniki imkanlara malikdir.

***

“Bakcell” haqqında

Azərbaycanın İlk Mobil Operatoru “Bakcell” şirkəti müasir mobil telekommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl mobil internet xidməti göstərir.

“Bakcell” və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-“Bakcell” abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

23 Sentyabr 2021, 18:02 (GMT +4)
Fotoqraf Reza Deqati Azərbaycan Mətbuat Şurasında olub 

23 Sentyabr 2021, 17:55 (GMT +4)
Sentyabrın 27-də Azərbaycanda Anım Günü qeyd olunacaq

23 Sentyabr 2021, 17:50 (GMT +4)
Rusiyada radardan itən təyyarə tapılıb

23 Sentyabr 2021, 17:45 (GMT +4)
Təhsil Nazirliyi: 30 məktəbə yeni direktor təyin edilib

23 Sentyabr 2021, 17:35 (GMT +4)
Çinli alimlər COVID-19-un mənşəyi ilə bağlı yeni versiya irəli sürüb

23 Sentyabr 2021, 17:33 (GMT +4)
Azərbaycanın paralimpiya yığmalarına yeni baş məşqçilər təyin olunub

23 Sentyabr 2021, 17:22 (GMT +4)
Azərbaycanın XİN başçısı daha 3 ölkədən olan həmkarları ilə görüşüb

23 Sentyabr 2021, 17:15 (GMT +4)
AFFA "Qəbələ"ni 4 min manat məbləğində cərimələyib

23 Sentyabr 2021, 17:10 (GMT +4)
Nazir: “Ermənistanın təcavüzkar siyasətinə rəğmən Azərbaycan münasibətləri normallaşdırmağa hazırdır”

23 Sentyabr 2021, 16:58 (GMT +4)
Rusiyada miqrasiya ilə bağlı yeni qanun hazırlanır

23 Sentyabr 2021, 16:54 (GMT +4)
Husilər Yəmənin əl-Bəyda əyalətini tamamilə nəzarətə götürdüklərini bildiriblər (VİDEO)

23 Sentyabr 2021, 16:52 (GMT +4)
Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

23 Sentyabr 2021, 16:42 (GMT +4)
Polşalı azarkeş Mahir Emreliye sevgisini Azərbaycan dilində göstərib - (FOTO)

23 Sentyabr 2021, 16:40 (GMT +4)
Azərbaycanda son sutkada 1 178 nəfər COVID-19-a yoluxub, 24 nəfər ölüb

23 Sentyabr 2021, 16:32 (GMT +4)
Naxçıvanda müharibə əlillərinə ev tikintisi üçün 1 milyon manat ayrılıb

23 Sentyabr 2021, 16:20 (GMT +4)
ABŞ və Mərkəzi Asiya Xarici İşlər nazirliklərinin rəhbərləri görüş keçirib

23 Sentyabr 2021, 16:12 (GMT +4)
Azərbaycan, Rusiya və Ermənistan Baş prokurorlarının üçtərəfli görüşü keçirilib

23 Sentyabr 2021, 16:01 (GMT +4)
Azərbaycan-Türkiyə birgə hökumətlərarası komissiyanın tərkibində dəyişiklik edilib

23 Sentyabr 2021, 16:00 (GMT +4)
“Qarabağ”ın rəqibi “Liverpul”un futbolçusunu istəyir

23 Sentyabr 2021, 15:51 (GMT +4)
Qəddafinin oğlundan sonra general Haftar da Liviyada prezidentliyə namizədliyini verir

23 Sentyabr 2021, 15:43 (GMT +4)
Bülbülün Şuşadakı ev muzeyinə direktor təyin edilib

23 Sentyabr 2021, 15:32 (GMT +4)
Birinci milli “CEO Award Azerbaijan” müsabiqəsinin qalibləri elan edilib

23 Sentyabr 2021, 15:27 (GMT +4)
AB AUKUS-a cavab olaraq yeni müdafiə ittifaqı qura bilər

23 Sentyabr 2021, 15:18 (GMT +4)
"Moderna" rəhbəri koronavirus pandemiyasının sona çatacağı vaxtla bağlı proqnoz verib

23 Sentyabr 2021, 15:17 (GMT +4)
Siyəzən rayonunun 2 kəndində içməli su layihəsinin icrası yekunlaşdırılıb

23 Sentyabr 2021, 15:04 (GMT +4)
Nazir ATƏT sədrini Ermənistanın üçtərəfli bəyanata zidd davranışı barədə məlumatlandırıb

23 Sentyabr 2021, 14:52 (GMT +4)
Rusiyada son sutkada 21 438 nəfər koronavirusa yoluxub

23 Sentyabr 2021, 14:50 (GMT +4)
Taliban türkmənşəli həzarələri Əfqanıstanın üç bölgəsindən məcburən köçürür - KİV

23 Sentyabr 2021, 14:47 (GMT +4)
Suraxanıda avtomobil yollarının yenidən qurulmasına 6 milyon manat ayrılıb

23 Sentyabr 2021, 14:38 (GMT +4)
Fransa çempionatında kütləvi dava baş verib - (FOTOLAR)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66