Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Ermənistanın Azərbaycana qarşı təcavüzü Peru mətbuatında dərc olunub

15 Dekabr 2020, 09:30 (GMT +4)

Bakı, 15 dekabr, SalamNews. Perunun ən nüfuzlu KİV-lərindən olan “La Razón” və “Prensa 21” qəzetlərində Ermənistanın ölkəmizə qarşı təcavüzünün tarixi, son bir aya qədər işğal altında olan ərazilərdə törətdiyi talançılıq və vandalizm halları və 10 noyabr tarixində imzalanmış atəşkəs bəyanatı haqda bu ölkədəki səfirimiz Məmməd Talıbovun müsahibəsi dərc olunub.

Bu barədə SalamNews-a Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən məlumat verilib.

Münaqişənin tarixindən danışan səfir, Ermənistanın 1991-94-cü illər ərzində Azərbaycan ərazilərinin beşdə birini işğal etdiyini, 1 milyon azərbaycanlını, ümumilikdə ölkə əhalisinin 10 faizini bu ərazilərdən qovduğunu, bu təcavüz nəticəsində 35 min azərbaycanlının həlak olduğunu, işğal prosesinin Xocalı soyqırımı kimi insanlıq əleyhinə cinayətlərlə müşaiyət olunduğunu, işğalçı dövlətin BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş və işğal edilmiş ərazilərin dərhal azad etməsini tələb edən qətnamələrin tələblərinə 27 il ərzində məhəl qoymadığını bildirib.

Qeyd edib ki, Ermənistanda 2018-ci ildə milliyətçi qüvvələrin hakimiyyətə gəlməsindən sonra bu ölkənin Azərbaycana qarşı təxribat xarakterli addımları artmış, 27 sentyabrdan etibarən Ermənistan silahlı qüvvələri dinc yaşayış məntəqələri və mülki əhaliyə qarşı geniş miqyaslı hücumlar həyata keçirməyə başlamış, nəticədə Silahlı Qüvvələrimiz özünümüdafiə hüququ çərçivəsində mülkü əhalini müdafiə etmək, BMT qətnamələrinin icrasına nail olmaq və ölkəmizin ərazi bütövlüyünü bərpa etmək üçün əks-hücum əməliyyatlarına başlamış, 44 günlük davam edən əməliyyatlar zamanı işğalda olan ərazilərimizin xeyli hissəsini azad etmişdir.

Azad edilmiş şəhər və kəndlərimizin 30 il ərzində Ermənistan tərəfindən vəhşicəsinə talan edildiyini deyən səfir, işğaldan öncə 70 minə yaxın əhalisi olan şəhərlərdə bir dənə də sağlam bina qalmadığını, burada Azərbaycan xalqına məxsus mədəni, tarixi-memarlıq və dini abidələrin, eləcə də yaşayış binaları, məktəblər, muzeylər və infrastrukturun tamamilə məhv edildiyini, habelə bu ərazilərdə Azərbaycan mədəni irsinin saxtalaşdırılaraq erməni mədəni irsi kimi təqdim etmə cəhdlərinin aşkar olunduğunu məlumat verib və işğalçı ölkənin törətdiyi bu talanlarla bağlı Azərbaycanın beynəlxalq məhkəmə instansiyalarına müraciət edəcəyini söyləyib.

Səfir Türkiyənin də yaxından iştirakı ilə Azərbaycan və Rusiya Prezidentləri və Ermənistan Baş naziri tərəfindən imzalanan atəşkəs bəyanatın tələblərinə əsasən, Ermənistan silahlı qüvvələrinin 1 dekabr tarixinədək Azərbaycanın işağlda qalan ərazilərindən çıxarıldığını, atəşkəsə nəzarət üçün bölgədə Rusiya sülhməramlı qüvvələrinin yerləşdirildiyini, habelə razılaşmanın icrasına nəzarət məqsədilə Rusiya və Türkiyənin iştirakı ilə birgə monitorinq mərkəzinin yaradılmaqda olduğunu məlumat verib.

Bəyanatın tələblərinə əsasən, 30 il öncə Ermənistan tərəfindən bu ərazilərdən qovulmuş 1 milyon azərbaycanlı məcburi köçkünün yaxın gələcəkdə öz torpaqlarına qaytarılmasının nəzərdə tutulduğunu deyən diplomat, bunun üçün işğaldan azad olmuş ərazilərin ilk olaraq minalardan təmizlənməsi, daha sonra isə bölgəyə böyük həcmli sərmayə yatırımı və iri miqyaslı yenidənqurma işlərinin aparılması gərəkdiyini bildirib.

Sonda səfir Ermənistanla münaqişənin sona çatdığına ümidvar olduğumuzu, bu ölkənin rəhbərliyinin qisasçı meyllərdən yayınmalı və öz xalqını davamlı sülhə hazırlamalı olduğunu qeyd edib.

Müsahibə yuxarıda adı çəkilən qəzetlərə istinadən bir sıra digər onlayn xəbər portallarında da dərc olunub.

https://larazon.pe/embajador-de-azerbaiyan-en-peru-creemos-que-conflicto-con-armenia-ha-llegado-a-su-fin/

https://prensa21.com/embajador-de-azerbaiyan-en-peru-armenia-dejo-destruccion-total-en-ciudades-liberadas-tras-30-anos-de-guerra/


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

16 May 2021, 12:20 (GMT +4)
İsrailin Qəzzaya hücumunda ölənlərin sayı 174-ə çatıb, onların 47-i uşaqdır

15 May 2021, 21:56 (GMT +4)
İsrail Qəzzada Əlcəzirə və Associated Press -in ofisinin olduğu binanı yerlə yeksan edib (VİDEO)

15 May 2021, 17:02 (GMT +4)
Piyada əleyhinə mina risklərinə həsr olunmuş beynəlxalq konfrans təşkil edilib

15 May 2021, 16:55 (GMT +4)
Gürcüstanda son sutkada daha 1576 nəfərdə koronavirusa yoluxma qeydə alınıb

15 May 2021, 16:47 (GMT +4)
Ukraynada yeni qoşun növü yaradılacaq

15 May 2021, 16:38 (GMT +4)
Azərbaycanda son sutkada 377 nəfər koronavirusa yoluxub, 14 nəfər vəfat edib

15 May 2021, 16:30 (GMT +4)
Almaniyada son sutkada 7 mindən çox koronavirusa yoluxma aşkar edilib

15 May 2021, 16:23 (GMT +4)
“Nizami Gəncəvi yaradıcılığı uşaqların gözü ilə” adlı intellektual proqram təşkil olunacaq

15 May 2021, 16:12 (GMT +4)
ABŞ ilk dəfə Yaponiyada PUA-lar yerləşdirəcək

15 May 2021, 16:05 (GMT +4)
ETSN: Gələcəkdə su çatışmazlığının qarşısını almaq üçün tədbirlər planlaşdırılır

15 May 2021, 16:04 (GMT +4)
"WhatsApp" istifadəçilər üçün bəzi funksiyaları məhdudlaşdırmağa başlayır

15 May 2021, 15:53 (GMT +4)
Fələstin hərəkatları Təl-Əvivi altı ay intensiv hədəfə almaq iqtidarında olduqlarını bildiriblər

15 May 2021, 15:44 (GMT +4)
Çex Respublikasının Baş Prokuroru istefasına səbəb olaraq Ədliyyə naziri ilə fikir ayrılıqlarını göstərib

15 May 2021, 15:40 (GMT +4)
“Türk Hava Yolları” Gəncəyə uçuşları bərpa edib

15 May 2021, 15:28 (GMT +4)
Qəbələdə Bum çayı üzərində yeni körpü və Bum qəsəbəsinə gedən avtomobil yolu bərpadan sonra istifadəyə verilib

15 May 2021, 15:14 (GMT +4)
Uxanda tornado nəticəsində 6 nəfər ölüb

15 May 2021, 15:10 (GMT +4)
Qazax sakinində narkotik aşkarlanıb

15 May 2021, 14:56 (GMT +4)
Prezident İlham Əliyev Qəbələnin Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana Alban kilsəsində olub

15 May 2021, 14:47 (GMT +4)
Göygöldə təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər məsuliyyətə cəlb edilib 

15 May 2021, 14:37 (GMT +4)
Rusiyada son sutkada 8.790 yeni koronavirusa yoluxma aşkar edilib

15 May 2021, 14:29 (GMT +4)
"THY" Tel Əviv uçuşlarını ləğv edib

15 May 2021, 14:24 (GMT +4)
İsrailin Qəzzaya hücumunda ölənlərin sayı 140-a çatıb, onların 39-u uşaqdır (VİDEO)

15 May 2021, 14:13 (GMT +4)
Pakistanda yol qəzasında 11 nəfər ölüb

15 May 2021, 14:08 (GMT +4)
İlham Əliyev Qəbələnin Nic qəsəbəsində 1 saylı orta məktəbdə və Müqəddəs Yelisey adına Cotari kilsəsində olub

15 May 2021, 13:56 (GMT +4)
Abşeronda restoranda yanğın baş verib

15 May 2021, 13:44 (GMT +4)
MN: HHQ aviasiya vasitələri plana uyğun təlim-məşq uçuşları keçirir

15 May 2021, 13:40 (GMT +4)
KİV: Lukaşenko bir il ərzində üçüncü dəfə Rusiyaya səfər edəcək

15 May 2021, 13:34 (GMT +4)
İranın Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Rəisi də prezidentliyə namizəd olub

15 May 2021, 13:23 (GMT +4)
Dövlət Sərhəd Xidmətində gənc əsgərlərin andiçmə mərasimi keçirilib (FOTO)

15 May 2021, 13:12 (GMT +4)
Caspian Energy Club “Caspian Energy Poland”-da pay iştirakını satışa çıxarıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66