Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb15 Dekabr 2020, 13:00 (GMT +4) Bakı, 15 dekabr, SalamNews. Milli Məclisin payız sessiyasının növbəti plenar iclasının vaxtı açıqlanıb.
SalamNews-un xəbərinə görə, bu barədə parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin sədri Sahibə Qafarova məlumat verib.
O bildirib ki, parlamentin növbəti plenar iclası dekabrın 18-də keçiriləcək:
“İclasın gündəliyi barədə isə əlavə məlumat veriləcək”.
|