İşğaldan azad olunmuş Ağdam rayonunda FHN-in yerli strukturu fəaliyyətə başlayıb17 Dekabr 2020, 14:57 (GMT +4) Bakı, 17 dekabr, SalamNews. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) işğaldan azad olunan ərazilərimizdə yerli strukturlarının formalaşdırılmasını davam etdirir.
SalamNews nazirliyin saytına istinadla xəbər verir ki, Ağdam rayonunun Qızıl Kəngərli kəndində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölməsi fəaliyyətə başlayıb. Bölmə xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq texnika və avadanlıqla təchiz edilib.
Xatırladaq ki, bundan əvvəl FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər şəhərlərində və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerli strukturları fəaliyyətə başlayıb.
|