Milanda son 500 ilin ən güclü zəlzələsi baş verib18 Dekabr 2020, 10:52 (GMT +4) Bakı, 18 dekabr, SalamNews. Cümə axşamı Milanda son 500 il ərzində ən güclü zəlzələ qeydə alınıb. SalamNews RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə İtaliyanın Milli geofizika və vulkanologiya institutu – “Ingv” nümayəndəsi Luçiya Ludzi məlumat verib.
3,9 bal gücündə olan yeraltı təkanlar “Ingv” mütəxəssisləri tərəfindən yerli vaxtla saat 16:59-da qeydə alınıb. Zəlzələnin episentri Milandan 6 km qərbdə, 56 km dərinlikdə olub.
Yeraltı təkanlar İtaliyanın “şimal paytaxtının” müxtəlif rayonlarında və şəhər kənarında hiss edilib.
|