Bağdadda ABŞ səfirliyinə azı 10 raket atılıb (VİDEO)
21 Dekabr 2020, 09:08 (GMT +4)
Bakı, 21 dekabr, SalamNews. B.Samid. İraqın paytaxtı Bağdadda ABŞ səfirliyi istiqamətində azı 10 ədəd katyuşa raketi atılıb. Səfirlik ərazisində yerləşdirilən havadan müdafiə hərəkətə keçib.
SalamNews Sumariya agentliyinə istinadla xəbər verir ki, ötən gecə Bağdadda xarici diplomatik nümayəndəliklərin yerləşdiyi “Yaşıl Zona” kvartalı istiqamətində 11 ədəd katyuşa raketi atılıb.
Raketlər əsasən ABŞ səfirliyi istiqamətində atılıb.
Raketlərdən bir neçəsinin səfirliyinin ərazisinə düşdüyü deyilir.
ABŞ səfirliyi ərazisində yerləşdirilən havadan müdafiə sistemi hərəkətə keçib.
Bu hücumun məsuliyyətini heç bir tərəf öhdəsinə götürməyib.
İraq hökuməti, ölkənin bir sıra siyasi partiyaları, o cümlədən İraqın “Kətaib-Hizbullah” hərəkatı bu hücumu qınayıb.
Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.