Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Azərbaycanın 2021-ci il dövlət büdcəsinin layihəsi Milli Məclisə təqdim olunub

21 Dekabr 2020, 12:30 (GMT +4)

Bakı, 21 dekabr, SalamNews. 2021-ci il dövlət və icmal büdcənin layihələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunub.

Azərbaycan Maliyyə Nazirliyindən SalamNews-a verilən məlumata görə, 2021-ci il dövlət və icmal büdcənin layihələri “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi ölkənin qeyri-neft sektorunun davamlı və rəqabətqabiliyyətli inkişafı, habelə dövlətin iqtisadi siyasətinin prioritet istiqamətləri üzrə qarşıda duran vəzifələr əsas götürülməklə tərtib edilib.

Növbəti ilin dövlət büdcəsi layihəsinin əsas xüsusiyyətlərindən biri 2020-ci ildə erməni işğalçılarına qarşı zəfər qazandığımız Vətən müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılması, sosial-iqtisadi, enerji, kommunal, nəqliyyat infrastrukturunun yaradılması, öz doğma yurdlarına qayıdan vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyəti üçün şəraitin təşkil edilməsi kimi şərəfli və məsuliyyətli vəzifələrin icrası üçün maliyyə təminatının yaradılmasıdır.

Azərbaycan Respublikasının 2021-ci il icmal büdcəsinin gəlirləri 23 828,1 mln. manat proqnozlaşdırılıb ki, bu da 2020-ci illə müqayisədə 1 465,1 mln. manat və ya 6,6% çoxdur.

İcmal büdcənin xərcləri 31 163,4 mln. manat olacaq ki, bu da 2020-ci illə müqayisədə 855,1 mln. manat və ya 2,8% çoxdur.

2021-ci ilin icmal büdcəsinin kəsiri 7 335,3 mln. manat təşkil etməklə 2020-ci illə müqayisədə 610,1 mln. manat və ya 7,7% azdır. Kəsir proqnozlaşdırılan ÜDM-in 9,7%-nə bərabər olacaq ki, bu da 2020-ci illə müqayisədə 1,4 faiz bəndi azdır.

Dövlət büdcəsinin göstəriciləri

2021-ci il dövlət büdcəsinin gəlirləri 25 427,0 mln. manat nəzərdə tutulur ki, bu da ÜDM-in 33,6%-i həcmində olmaqla, 2020-ci ilin proqnozu ilə müqayisədə 1 303,0 mln. manat və yaxud 5,4%, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə 1 208,9 mln. manat və yaxud 5% çoxdur.

 

2021-ci il dövlət büdcəsinin xərcləri 28 543,0 mln. manat (ÜDM-də xüsusi çəkisi 37,7%) proqnozlaşdırılır ki, bu da 2020-ci ilə nisbətən 1 050,8 mln. manat və ya 3,8%, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə isə 4 117,1 mln. manat və ya 16,9% çoxdur.

Növbəti ilin dövlət büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərə ümumi xərclərin 63,1 faizi həcmində və ya 18014,0 milyon manat , əsaslı xərclərə 29,2%-i həcmində və ya 8 330,3 mln. manat, dövlət borcuna xidmətlə bağlı xərclərə 7,7%-i həcmində və ya 2 198,8 mln. manat vəsait yönəldiləcək.

2021-ci il üçün dövlət büdcəsinin sosialyönlü xərcləri (büdcə xərclərinin iqtisadi təsnifatına uyğun olaraq əməyin ödənişi, pensiya və müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının, ərzaq məhsullarının alınması xərclərinin cəmi) 11 111,9 mln. manat məbləğində proqnozlaşdırılıb ki, bu da 2020-ci illə müqayisədə 563,8 mln. manat və ya 5,3% çoxdur.

2021-ci ildə dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 116,0 mln. manat məbləğində nəzərdə tutulur. 2021-ci ildə dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti 4,1% təşkil edəcək ki, bu da 2020-ci illə müqayisədə 0,6 faiz bəndi azdır.

Kəsirin maliyyələşdirilməsi özəlləşdirmədən daxilolmalar, daxili və xarici borclanma, 2021-ci ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həyata keçiriləcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Milli Məclis kütləvi dini ibadət və mərasimlərin keçirilməsi qaydasını təsdiqləyib

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Milli Məclis İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun hesabatını qəbul edib

Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinlənilir

Milli Məclisin deputatları AŞPA-nın yaz sessiyasında iştirak edəcəklər

Milli Məclis Azərbaycanla Pakistan arasındakı daha bir sazişi ratifikasiya edib

Baş nazir Əli Əsədov Milli Məclisdə hesabat verir

Ombudsmanın hesabatı Milli Məclisin plenar iclasına tövsiyə olunub

Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

İran Parlamentinin nümayəndə heyəti XİN rəhbəri və Milli Məclisin sədri ilə görüşüb (FOTO)

İran Parlamentinin nümayəndə heyəti Azərbaycan Milli Məclisində olub (FOTO)

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasının vaxtı açıqlanıb

Əmək Məcəlləsinə dəyişiklik Milli Məclisin plenar iclasına tövsiyə edilib

Ceyhun Əli Milli Məclisin mətbuat katibi vəzifəsindən azad olunub

Milli Məclisdə hərbçilərin maaşının artırılması təklif edilib

Milli Məclisin yaz sessiyasının ilk plenar iclası başlayıb

Milli Məclisin komitə iclaslarının keçirilməsinə başlanılıb

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub

Milli Məclisin iclası başlayıb

07 May 2021, 14:38 (GMT +4)
Xəzər dənizində zəlzələ olub

07 May 2021, 14:28 (GMT +4)
Lukaşenko koronavirusa qarşı yerli peyvənd yaradıldığını açıqlayıb

07 May 2021, 14:18 (GMT +4)
Buraxılış imtahanları ilə bağlı apelyasiya komissiyasına müraciət qaydaları açıqlanıb

07 May 2021, 14:04 (GMT +4)
Bir sıra müsəlman ölkələrində Qüds günü ilə bağlı aksiya və seminarlar keçirilir (FOTO)

07 May 2021, 14:01 (GMT +4)
Şuşada DOST Mərkəzinin filialı açılacaq (RƏSMİ)

07 May 2021, 13:50 (GMT +4)
Gürcüstanda daha 1547 nəfərdə koronavirusa yoluxma aşkar edilib

07 May 2021, 13:42 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

07 May 2021, 13:35 (GMT +4)
Canni De Byazi: Azərbaycanda futbolçu azdır, seçim imkanı yoxdur

07 May 2021, 13:30 (GMT +4)
Qırğızıstanda su anbarında bəndin qismən dağılması səbəbindən 1,5 min insan təxliyyə edilib

07 May 2021, 13:24 (GMT +4)
Gömrük Akademiyasında ümummilli lider Heydər Əliyevin 98-ci ildönümünə həsr olunmuş tədbir keçirilib (FOTO)

07 May 2021, 13:12 (GMT +4)
Azərbaycanda COVID-19-dan ölüm və sağalma faizi açıqlanıb

07 May 2021, 13:02 (GMT +4)
İşğal edilmiş İordan çayının qərbində yenidən qarşıdurma baş verib, üç fələstinli həlak olub (FOTO)

07 May 2021, 13:00 (GMT +4)
Yaxın günlərdə açılacaq Dost Mərkəzlərinin sayı açıqlanıb

07 May 2021, 12:52 (GMT +4)
Azərbaycanlı futbolçuların komandası Premyer Liqanı tərk edib

07 May 2021, 12:45 (GMT +4)
Hulusi Akar latviyalı həmkarı ilə danışıqlar aparıb

07 May 2021, 12:30 (GMT +4)
Ötən ay xaricdə təhsil alan 67 nəfərin diplomu tanınmayıb

07 May 2021, 12:12 (GMT +4)
“Fələstin məsələsinin yeganə həlli ədalətli referendum və ya zülmə müqavimətdir”

07 May 2021, 12:11 (GMT +4)
Nepalda Himalay zirvəsindən COVID-19 şübhəsi ilə 19 alpinist təxliyə edilib

07 May 2021, 12:10 (GMT +4)
Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib

07 May 2021, 12:00 (GMT +4)
İpoteka və Kredit Zəmanət Fondu ötən il 7 milyon manat mənfəət əldə edib

07 May 2021, 11:45 (GMT +4)
Bakıda başına daş parçası düşən yeniyetmənin ölümü ilə bağlı cinayət işi başlanılıb

07 May 2021, 11:42 (GMT +4)
Fransanın xarici işlər naziri Livana səfərində bu ölkə rəhbərliyini təhdid edib

07 May 2021, 11:35 (GMT +4)
İran səfiri: “Fələstin dövləti təşkil edilməyənə qədər, bu mübarizə dayanmayacaq” (VİDEO)

07 May 2021, 11:30 (GMT +4)
Bir gündə daha 3 koronavirus xəstəsi saxlanılıb

07 May 2021, 11:22 (GMT +4)
“Neftçi”nin əvəzediciləri 2020/2021 mövsümünün qalibi olub

07 May 2021, 11:20 (GMT +4)
İlon Mask ABŞ-da ən çox maaş alan CEO seçilib

07 May 2021, 11:15 (GMT +4)
Azərbaycan nefti yenidən ucuzlaşıb

07 May 2021, 11:07 (GMT +4)
"Qalatasaray"ın prezidenti namizədliyini geri götürüb

07 May 2021, 11:00 (GMT +4)
Qubada reyd keçirilib, sürücülər cərimələnib

07 May 2021, 10:58 (GMT +4)
NATO: Hələ də on minlərlə rus əsgəri Ukrayna ilə sərhəd yaxınlığında qalıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66