Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Milli Məclisdə “Ailənin sosial-psixoloji təminatı və mövcud problemlər” mövzusunda dinləmə keçirilib

22 Dekabr 2020, 10:50 (GMT +4)

Bakı, 22 dekabr, SalamNews. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində “Ailənin sosial-psixoloji təminatı və mövcud problemlər” (Pandemiya və post-müharibə dövrü) mövzusunda videokonfrans formatında dinləmə keçirilib.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən SalamNews-a verilən məlumata görə, parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bildirib ki, bu qələbəyə başda Ali Baş Komandan, Prezident İlham Əliyev olmaqla rəşadətli ordunun gücü, xalqın sarsılmaz birliyi nəticəsində nail olunub.

Komitə sədri öz çıxışında deyib ki, bu gün bütün dünya, o cümlədən Azərbaycan COVİD-19 pandemiyası ilə mübarizə aparır, eyni zamanda hazırda post-müharibə dövrünü yaşayır: "Bunları nəzərə alaraq, hadisələrin ailədaxili münasibətlərə necə təsir etdiyini, neqativ halların aradan qaldırılması istiqamətində görülən işləri, qarşıda dayanan vəzifələri müzakirə edəcəyik".

Hicran Hüseynova bildirib ki, ailələrdə bir sıra boşluqlar, narahatedici məqamlar var: “Bu mövzular hazırda cəmiyyətin və dövlətin diqqətindədir. Hazırda Azərbaycanda iki milyon yüz mindən çox ailə var. Çox təəssüf ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da nikahların azaldığını və boşanmaların artdığını müşahidə edirik. Cari ildə COVİD-19 pandemiyası nikahların və boşanmaların sayına təsir göstərib. Bir çox ölkələrdə demoqrafik artım mənfi tendensiya ilə müşahidə olunur. Lakin bütün bunların fonunda biz Azərbaycanın bu çətin günlərdə böyük vahid ailə kimi birləşdiyini gördük. Vətən üçün canından keçən övladları gördük. Onları tərbiyə edən valideynləri gördük. Azərbaycan Prezidentinin öz xalqına sevgisini və siyasi iradəsini gördük”.

Hicran Hüseynova qeyd edib ki, pandemiyanın qarşısını almaq üçün sosial təcrid və karantin tədbirləri çox vacibdir: “Lakin mütəxəssislərin rəyinə görə, bu, ailə üzvləri arasındakı münaqişələrin, xüsusilə də qadınlara qarşı qəddar davranışların, o cümlədən, qlobal səviyyədə məişət zorakılığının artmasına səbəb ola bilər. Bunu nəzərə alaraq, karantin dövründə ailədaxili münasibətlərin, şəxslər arasında qarşılıqlı münasibətlərin öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir. Ailədə meydana çıxan çətinliklərin vaxtında üzə çıxarılması, ailə həyatının böhranlı mərhələsində düzgün qərarların qəbul olunması ailə üzvlərinin psixoloji sağlamlığının qorunmasına xidmət etmiş olar.

44 günlük Vətən müharibəsi dövründə döyüş meydanında hərbi əməliyyatlarla yanaşı, ölkəmizin dinc əhalisinin də düşmənin təxribatçı hücumlarına məruz qaldı. Bütün bu hadisələri yaşamış insanlar çox ağır psixoloji zərbə alıblar. Uşaqlar valideynsiz qalıb, valideynlər övladlarını itiriblər, çoxsaylı ailələrin evləri tamamilə dağıdılıb. Bu insanları yenidən cəmiyyətə inteqrasiya etmək üçün sosial-psixoloji xidmətin göstərilməsi çox vacibdir. İnsanlarda müharibə daha dərin iz buraxıb. Belə insanlarla mütəxəssislərin görüşməsi, onların vəziyyətinin qiymətləndirilməsi çox vacibdir. Ehtiyacı olanlara isə davamlı yardım göstərilməlidir. Müvafiq dövlət qurumları, o cümlədən Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzləri, qeyri-hökumət təşkilatları öz fəaliyyətləri sahəsində müəyyən işlər görürlər. Bu işlər daha da gücləndirilməlidir”.

Komitə sədri ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıqlarına əsasən, zəruri tədbirlərin görüldüyünü diqqətə çatdırıb: “Koronavirusla Mübarizəyə Dəstək Fondu, Müdafiə Fondu, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə “YAŞAT” Fondu yaradılıb. Lakin bu məsələdə hər birimizin üzərinə böyük məsuliyyət düşür. Pandemiya və post-müharibə dövründə yaranmış vəziyyətdə ailələrin sosial-psixoloji durumunun qiymətləndirilməsi, bu sahədə mövcud problemlərin aradan qaldırılması ilə bağlı lazımi tədbirlərin həyata keçirilməsi, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi mühüm əhəmiyyət kəsb edir”.

Onlayn tədbirdə iştirak edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova öz nitqində söyləyib ki, Azərbaycanda ailə institutunun tarixi çox qədimdir və milli-mənəvi dəyərlərə bağlı olan sosial bir qurum kimi müasirliyə də hər zaman açıq olub: “Ailə cəmiyyətin sosial əsasıdır. Ailənin cəmiyyət və dövlət həyatında özünəməxsus yeri və rolu var. Ailədə həm adət-ənənə, həm idarəçilik, həm birgə təsərrüfat vərdişləri aşılanır. Eyni zamanda, bunların hamısı sosial-psixoloji təminatlara bağlıdır. Bu təminatların mövcudluğu obyektiv və subyektiv səbəblərə bağlıdır və iqtisadi vəziyyətin təsiri burada daha çox hiss olunur. Bütün dövlət orqanları, vətəndaş cəmiyyəti nümayəndələri birləşərək həm düşməni dəf etməyə, həm zərər çəkmiş ailələrin problemlərini həll etməyə müvəffəq oldular. İnsanların sosial-psixoloji durumlarının yaxşılaşdırılması istiqamətində tədbirlər, həmçinin ünvanlı sosial yardımların verilməsi, “Əsgərə sovqat” aksiyasinın keçirilməsi təqdirəlayiqdir. Bütün bunlarla yanaşı, qanunvericilikdə də müvafiq dəyişikliklərin edilməsi vacibdir".

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov məsələnin aktuallığını vurğulayaraq deyib ki, nazirlik tərəfindən yeni təşəbbüsə başlanılıb: "Şəhid ailələrinə, yaralılara, müharibədən əziyyət çəkən mülki şəxslərin ailə üzvlərinə psixoloji dəstək proqramları həyata keçirilir və bu işə mütəxəssislər cəlb edilib. Pandemiyanı nəzərə alaraq, bu xidmətlər həm onlayn formatda, həm də səyyar şəkildə həyata keçirilir. Qısa müddət ərzində psixoloqlar və psixiatrlar tərəfindən 1630 ailəyə belə səfərlər təşkil edilib və ehtiyacları üzrə müxtəlif seanslar keçirilib. Həmçinin, noyabrın 10-dan başlayaraq bugünədək 1300-dək şəhid ailəsinə sosial təminat tədbirləri həyata keçirilib. Dekabrda yeni elektron xidmətlər istifadəyə verilib ki, bunun da bir çox üstünlükləri var. Məişət zorakılığının qarşısının alınması istiqamətində də lazımi tədbirlərin görülür və bu sahədə Qeyri-Hökumət Təşkilatları ilə birgə əməkdaşlıq edilir”.

Video-konfransda iştirak edən Daxili İşlər nazirinin müavini Oruc Zalov, Təhsil Nazirinin müavini Firudin Qurbanov, İdman və Gənclər nazirinin müavini İntiqam Babayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin rəisi Reyhanə Kərimova, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov ailənin sosial-psixoloji mühitinin düzgün formalaşması, ortaya çıxan problemlərin, o cümlədən məişət zorakılığının aradan qaldırılması, pandemiya və post-müharibə dövründə ailədaxili münasibətlərin öyrənilməsi və digər zəruri məsələlərdən danışıblar.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvləri Jalə Əliyeva və Rəşad Mahmudov çıxış edərək pandemiya və Vətən Müharibəsinin ölkədə yaratdığı çətinliklərdən söhbət açıblar, problemlərin həll edilməsi istiqamətində dövlət və vətəndaş həmrəyliyinin vacibliyini vurğulayıblar.

Tədbirdə aidiyyəti qurumların, vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakı ilə mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, müxtəlif təkliflər səsləndirilib.

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova konfransa yekun vuraraq məsələnin vacibliyini bir daha qeyd edib və səsləndirilən bütün təkliflərin nəzərdən keçiriləcəyini bildirib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

İran Parlamentinin nümayəndə heyəti XİN rəhbəri və Milli Məclisin sədri ilə görüşüb (FOTO)

İran Parlamentinin nümayəndə heyəti Azərbaycan Milli Məclisində olub (FOTO)

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasının vaxtı açıqlanıb

Əmək Məcəlləsinə dəyişiklik Milli Məclisin plenar iclasına tövsiyə edilib

Ceyhun Əli Milli Məclisin mətbuat katibi vəzifəsindən azad olunub

Milli Məclisdə hərbçilərin maaşının artırılması təklif edilib

Milli Məclisin yaz sessiyasının ilk plenar iclası başlayıb

Milli Məclisin komitə iclaslarının keçirilməsinə başlanılıb

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub

Milli Məclisin iclası başlayıb

Milli Məclisin iclası başlayıb

Milli Məclisin cümə günü keçiriləcək iclasının gündəliyi açıqlanıb

Milli Məclisin iclası başlayıb

Azərbaycanın 2021-ci il dövlət büdcəsinin layihəsi Milli Məclisə təqdim olunub

Milli Məclisin plenar iclasının gündəliyi açıqlanıb

Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

Milli Məclis maskaya görə cərimələrin yenidən artırılmasını təsdiqləyib

Milli Məclisin iclası başlayıb

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

01 Mart 2021, 01:00 (GMT +4)
"İnter" 3 xalı 3 cavabsız qolla qazanıb - (VİDEO)

28 Fevral 2021, 23:45 (GMT +4)
SalamNews İnformasiya Agentliyinin fəaliyyətə başlamasından 11 il ötür

28 Fevral 2021, 23:40 (GMT +4)
"Trabzonspor" "Fənərbaxça"ya minimal hesabla uduzub - (VİDEO)

28 Fevral 2021, 22:19 (GMT +4)
"Arsenal" "Lester"ə qalib gəlib - (VİDEO)

28 Fevral 2021, 18:49 (GMT +4)
Güləşçilərimiz Kiyevdə daha 3 medal qazanıb

28 Fevral 2021, 18:38 (GMT +4)
"Yuventus" səfərdə xal itirib - (VİDEO)

28 Fevral 2021, 13:12 (GMT +4)
"Qalatasaray" "Ərzurumspor"u 2 qolla məğlub edib - (VİDEO)

28 Fevral 2021, 11:31 (GMT +4)
"Mançester Siti" doğma meydanda qələbəyə sevinib - (VİDEO)

27 Fevral 2021, 17:00 (GMT +4)
Ombudsman: Ermənistan etnik nifrət siyasətindən çəkinməli və iki xalqın dinc yanaşı yaşamasını bərpa etməlidir

27 Fevral 2021, 16:57 (GMT +4)
İrəvanda təxminən on min nəfərin iştirakı ilə müxalifətin mitinqi keçirilir

27 Fevral 2021, 16:50 (GMT +4)
Bakıda mağazadan 5600 manatlıq oğurluq edilib

27 Fevral 2021, 16:45 (GMT +4)
Futzal millimizin kapitanı: Sürpriz hər zaman mümkündür - (MÜSAHİBƏ)

27 Fevral 2021, 16:40 (GMT +4)
Əhaliyə göstərilən məşğulluq tədbirlərinin əhatə dairəsi daha da genişləndirilir

27 Fevral 2021, 16:30 (GMT +4)
Zərdabda evdən 25 min manatlıq oğurluq edilib

27 Fevral 2021, 16:16 (GMT +4)
İran əlavə iki nüvə təsisatını inşa etməkdə olduğunu bildirib

27 Fevral 2021, 16:15 (GMT +4)
Bakı metrosu üçün alınan yeni vaqonların sayı açıqlanıb

27 Fevral 2021, 16:05 (GMT +4)
Şoyqu Ermənistan Müdafiə Nazirliyinin rəhbəri ilə telefon danışığı keçirib

27 Fevral 2021, 16:04 (GMT +4)
Prezident “Dövlət rüsumu haqqında” qanuna dəyişikliyi təsdiqləyib

27 Fevral 2021, 16:00 (GMT +4)
Kişi voleybolçular arasında Avropa çempionatı 4 ölkədə təşkil olunacaq

27 Fevral 2021, 15:50 (GMT +4)
İctimai iaşə müəssisələrinə təyin olunan məsul şəxslərlə görüş keçirilib

27 Fevral 2021, 15:39 (GMT +4)
Mənbə: Ermənistan prezidenti Silahlı Qüvvələrin Baş Qərargah rəisi ilə görüş keçirir

27 Fevral 2021, 15:32 (GMT +4)
“Kənddən Şəhərə” həftəsonu yarmarkası davam edir (FOTO)

27 Fevral 2021, 15:29 (GMT +4)
İlkay Gündoğan: "Mançester Yunayted" mənimlə maraqlanırdı

27 Fevral 2021, 15:19 (GMT +4)
Tbilisidə müxalifətçilər parlamentin qarşısında çadırlar qurub

27 Fevral 2021, 15:17 (GMT +4)
Azərbaycanda indiyədək peyvənd olunanların sayı açıqlanıb

27 Fevral 2021, 15:08 (GMT +4)
“8 Noyabr” metro stansiyasında son tamamlanma işləri aparılır

27 Fevral 2021, 14:55 (GMT +4)
Azərbaycanda mart ayına olan hava proqnozu açıqlanıb 

27 Fevral 2021, 14:43 (GMT +4)
Bakıda iki avtobusun hərəkət sxemi dəyişdiriləcək

27 Fevral 2021, 14:30 (GMT +4)
Qarabağa böyük qayıdış üzrə İşçi Qrup yaradılıb

27 Fevral 2021, 14:20 (GMT +4)
Ər-Riyad ABŞ kəşfiyyatının Kaşıkçının qətlinə dair hesabatını rədd edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66