Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“AzerGold” və Heydər Əliyev Mərkəzi sikkələrin dizayn müsabiqəsinə başlayır

22 Dekabr 2020, 13:25 (GMT +4)

Bakı, 22 dekabr, SalamNews. “AzerGold” QSC və Heydər Əliyev Mərkəzi “Qarabağ inciləri” mövzusunda Azərbaycan qızılından istehsal ediləcək sikkələrin dizayn müsabiqəsini elan edir.

SalamNews-un verdiyi məlumata görə, dizayn müsabiqəsi müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun qələbəsinə və Azərbaycanın ayrılmaz parçası olan, işğaldan azad edilən Qarabağa həsr edilib. Müsabiqə Qarabağımızın qədim tarixini, mədəniyyətini, incəsənətini, qeyri-maddi mədəni irs nümunələrini ehtiva etməklə yeni və fərqli sikkə dizayn nümunələrinin seçilməsini hədəfləyir.

Dizayn müsabiqəsi “Qarabağın qədim mədəni irsi”, “Qarabağın qədim tarixi”, “Qarabağın simvolları”, “Şanlı Ordumuzun zəfər yürüşü”, “Biz Qarabağa qayıdırıq”, “Əsirlikdən azad edilən abidələr” kimi mövzu istiqamətlərini əhatə edir. İştirakçılar yuxarıda sadalanan mövzular üzrə hazırladıqları layihələri www.azergold.gift platformasında yaradılan xüsusi səhifə vasitəsilə yükləməklə müsabiqəyə qoşula bilərlər.

Təqdim ediləcək dizayn nümunələri müsabiqənin Əsasnaməsində qeyd edilən şərtlərə cavab verməlidir. Layihələr ölkənin tanınmış mədəniyyət xadimləri, rəssamlar və dizaynerlərdən təşkil edilmiş münsiflər heyəti tərəfindən estetik görünüş, konseptual mövzu, unikallıq və tətbiqə yararlılıq kimi meyarlar nəzərə alınmaqla anonim qaydada qiymətləndiriləcək. İlk 3 yerin qalibi diplom və pul mükafatı (1-ci yer 3 000 manat, 2-ci yer 2 000 manat, 3-cü yer 1 000 manat) ilə təltif ediləcəklər. Əlavə olaraq müsabiqəyə daxil olan bütün layihələr www.azergold.gift saytında onlayn səsverməyə çıxarılacaq. Ən çox səs toplayan layihə “İzləyici rəğbəti” nominasiyası üzrə qalib elan ediləcək və qalibə 1 000 manat məbləğində pul mükafatı təqdim olunacaq. 

Müsabiqə elan olunduğu vaxtdan – 22.12.2020 tarixindən etibarən başlayır, müvafiq dizayn layihələrinin qəbulu üçün son tarix 01.02.2021-ci ildir.

Qeyd edək ki, Qarabağın əsrlər boyu formalaşmış milli-mənəvi dəyərlər sisteminin elementlərinin sikkələrdə öz əksini tapması bu dəyərlərin təbliğinə xidmət edir. Xatırladaq ki, “AzerGold” QSC tərəfindən 2018-ci ildə istehsal olunan 3 növ qızıl və gümüş sikkələrin üzərində Heydər Əliyev Mərkəzi, Qobustan qayaüstü təsvirləri və Qarabağ xalçasının “Çələbi” naxışının əks olunması Azərbaycanın müasirliyinin, tarix və incəsənətinin təbliğinə yönəlib.

Müsabiqə ilə bağlı daha ətraflı məlumatı 
https://azergold.gift/az/contest linkinə keçid edərək əldə edə bilərsiniz.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

21 İyun 2021, 18:01 (GMT +4)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

21 İyun 2021, 17:58 (GMT +4)
Lavrov: ATƏT beynəlxalq məsələlərdə daha əhəmiyyətli rol oynaya bilər

21 İyun 2021, 17:55 (GMT +4)
Xüsusi, hərbi və diplomatik rütbələrin ixtisas dərəcələri ilə qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiqlənib

21 İyun 2021, 17:45 (GMT +4)
Azərbaycanda son sutkada 49 nəfər COVID-19-dan sağalıb, 28 nəfər yoluxub  

21 İyun 2021, 17:40 (GMT +4)
“Azərbaycan dilinin orfoepiya normaları” təsdiqlənib

21 İyun 2021, 17:30 (GMT +4)
Lavrov: Ermənistanda hökumətin qurulmasını gözləyək

21 İyun 2021, 17:20 (GMT +4)
İranda prezident seçkilərinin qalibi İbrahim Rəisi Səudiyyə Ərəbistanını Yəmən müharibəsini dayandırmağa çağırıb

21 İyun 2021, 17:14 (GMT +4)
Şəki sakinindən müxtəlif tipli odlu silahlar götürülüb

21 İyun 2021, 17:03 (GMT +4)
Xəbərdarlıq: Ölkə ərazisində anomal isti gözlənilir, temperatur 44 dərəcəyədək yüksələcək

21 İyun 2021, 16:53 (GMT +4)
Məscidlərdə pandemiya qaydalarına əməl edilməsi ilə bağlı monitorinqlərə başlanılıb

21 İyun 2021, 16:41 (GMT +4)
Braziliyada son sutkada 44 mindən çox koronavirusa yoluxma qeydə alınıb

21 İyun 2021, 16:35 (GMT +4)
Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub

21 İyun 2021, 16:25 (GMT +4)
Əfqanıstan Ordusu Talibanın zəbt etdiyi rayon mərkəzlərindən ikisini geri alıb

21 İyun 2021, 16:19 (GMT +4)
Putin koronavirus təhlükəsinin hələ də aradan qaldırılmadığını açıqlayıb

21 İyun 2021, 16:10 (GMT +4)
Yevlax sakinindən 155 kq-dan çox narkotik aşkarlanıb

21 İyun 2021, 16:00 (GMT +4)
“Grand Chess Tour”: Teymur Rəcəbov rapid turnirində 8-ci olub

21 İyun 2021, 15:56 (GMT +4)
Şirkət rəhbəri saxta əmək müqavilələri bağladığına görə həbs edilib

21 İyun 2021, 15:44 (GMT +4)
Kreml: Paşinyanın partiyasının inamlı qələbə qazandığını görürük

21 İyun 2021, 15:32 (GMT +4)
Türkiyə Futbol Federasiyası Azərbaycana təşəkkür edib

21 İyun 2021, 15:30 (GMT +4)
Bakıda gözəllik salonundan oğurluq edən şəxs tutulub

21 İyun 2021, 15:22 (GMT +4)
Araz Abdullayev Kipr klubu ilə müqavilə bağlayıb

21 İyun 2021, 15:20 (GMT +4)
İlham Əliyev: Azərbaycan Kəşmir məsələsində hər zaman Pakistanı dəstəkləyir

21 İyun 2021, 15:19 (GMT +4)
İran prezident seçkilərinin qalibi İbrahim Rəisi Co Baydenlə görüşməyəcəyini bildirib

21 İyun 2021, 15:14 (GMT +4)
AB Rusiyaya qarşı sanksiyaların müddətini yenidən uzadıb

21 İyun 2021, 15:08 (GMT +4)
Canni De Byazi “Neftçi”nin yoxlama matçını izləyəcək

21 İyun 2021, 15:06 (GMT +4)
Lənkəranda rabitə xətlərini oğurlayan keçmiş məhkum saxlanılıb

21 İyun 2021, 14:50 (GMT +4)
Qətər şirkətləri Azərbaycanda bərpa olunan enerji hərraclarına qatıla bilər

21 İyun 2021, 14:43 (GMT +4)
Başımızı uca tutmalıyıq - Türkiyə millisinin futbolçusu

21 İyun 2021, 14:40 (GMT +4)
Rusiya XİN rəhbəri və ATƏT Baş katibi Qarabağı müzakirə edəcək

21 İyun 2021, 14:30 (GMT +4)
İlham Əliyev Azərbaycanla Türkiyə arasında imzalanan sənədi təsdiqləyib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66