İsrail Suriya ərazisinə aviazərbələr endirib, havadan müdafiə hərəkətə keçib (VİDEO)
25 Dekabr 2020, 09:08 (GMT +4)
Bakı, 25 dekabr, SalamNews. B.Samid. İsrail Suriyanın Həma əyalətinin Misyaf bölgəsində bir neçə obyektə hava zərbələri endirməyə çalışıb. Havadan müdafiə hərəkətə keçib.
SalamNews SANA-a istinadla xəbər verir ki, bu barədə hərbi mənbələr məlumat veriblər.
Bildirilib ki, İsrail Livanın səmasından və ya Livanın sahilindən hərbi gəmilərdən Suriyanın Həma əyalətində Misyaf rayonu ərazisində bir sıra obyektləri hədəfə almağa çalışıb.
Havadan müdafiə sistemləri hərəkətə keçərək, raketlərin çoxunu zərərsizləşdirib.
Bu hücumun maddi və canlı itkiləri barədə hələ məlumat yoxdur.
Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.