Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“AzerGold”un istiqrazlarının ilk faiz ödənişləri həyata keçirilib

25 Dekabr 2020, 10:30 (GMT +4)

Bakı, 25 dekabr, SalamNews. Dekabrın 24-də “AzerGold” istiqrazlarının ilk rüblük faiz ödənişi həyata keçirilib.

SalamNews-un “AzerGold”a istinadən verdiyi məlumata görə, ümumilikdə 200 min ABŞ dolları həcmində vəsait istiqraz sahibləri arasında bölüşdürülüb.

"Maliyyə bazarına təklif edilmiş istiqrazlar qeyri-neft sənayesinin liderlərindən biri olan “AzerGold” QSC-nin maliyyə mənbələrinin şaxələndirilməsi, yeni layihələrin icrasına yönəldilməsi ilə yanaşı ölkənin qiymətli kağızlar bazarının inkişafına töhfə vermək, eləcə də vətəndaşlara mənfəətli və etibarlı investisiya imkanları yaratmaq məqsədinə xidmət edir.

Belə ki, yerli bankların xarici valyutada əmanətlər üçün təklif etdiyi illik faiz dərəcələrindən daha yüksək – 4 faiz gəlirlilik vəd edən “AzerGold” istiqrazları geniş xalq kütləsi üçün əlçatan investisiya alətidir. Ümumi emissiya həcmi 20 milyon ABŞ dolları olan istiqrazların bir ədədi üzrə 100 ABŞ dolları nominal qiymətində ticarət olunması şirkətlərlə bərabər məhz siravi vətəndaşlarımız üçün də əlavə gəlir qazanmaq fürsəti yaradıb.

Təsadüfi deyil ki, investorlara 3 illik tədavül müddəti ərzində ildə 4 dəfə olmaqla sabit gəlir qazandıran, tədavül müddətinin sonunda istiqrazların nominal dəyərini geri almaq hüququ verən “AzerGold” istiqrazlarının Bakı Fond Birjasında həm birinci, həm də ikinci tranş üzrə keçirilmiş hərracında tələb kifayət qədər yüksək olub, təklifi orta hesabatla 2 dəfədən çox üstələyib. Konkret olaraq hər tranş üzrə 10 milyon ABŞ dolları həcmində yerləşdirilən istiqrazlara 1-ci hərracda 25.5 milyon, 2-ci hərracda 18 milyon ABŞ dolları məbləğində sifariş toplanıb.

Bir sözlə, hazırda ölkənin maliyyə bazarı üçün ən əlverişli şərtlərlə təqdim edilən investisiya alətlərindən hesab olunan “AzerGold” istiqrazları ölkəmizdə həyata keçirilən dayanıqlı iqtisadi siyasətin təzahürü kimi dövlətin həyata keçirdiyi maliyyə siyasətinin tərkib hissəsi olan qiymətli kağızlar bazarının inkişafı fonunda maliyyə alətlərinin müxtəlifliyini və maliyyə bazarlarının dərinliyini artırır, qeyri-neft sektorunun əhatəsini daha da genişləndirir", - qurum bəyan edib.

Xatırladaq ki, “AzerGold” istiqrazlarının birinci və ikinci tranş üzrə hərracları cari ilin 24 sentyabr və 30 noyabr tarixlərində "Bakı Fond Birjası" QSC-də keçirilib. İstiqrazların orta ölçülmüş qiyməti 1-ci tranş üzrə 101.7 ABŞ dolları, 2-ci tranş üzrə isə 102.4 ABŞ dolları təşkil edib. “AzerGold” istiqrazları üzrə növbəti rüblük faiz ödənişi isə 2021-ci ilin mart ayında baş tutacaq.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“AzerGold” ekoloji aksiya keçirib

“AzerGold”: Zərgərlik bazarında stimullaşdırma mexanizmlərin tətbiqi bu sahəni genişləndirəcək

"AzerGold" Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təltif olunub

“AzerGold” QSC-də Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)

"AzerGold" kadr hazırlığında peşə məktəblərinin potensialından yararlanacaq

Yaponiyanın ölkəmizdəki səfiri “AzerGold”un Daşkəsən rayonundakı fəaliyyəti ilə tanış olub

“AzerGold” və Bakı Ali Neft Məktəbi əməkdaşlıq edəcək

“AzerGold” istiqrazlarının növbəti faiz ödənişi həyata keçirilib

"AzerGold" yaxın 7 ildə altı qızıl yatağını istismara verəcək

"AzerGold” QSC-nin Müşahidə Şurasının tərkibi təsdiqlənib

“AzerGold” qiymətli metalların hasilat və ixrac planlarını açıqlayıb

"AzerGold" qızıl və gümüş satışından gəlirlərini 29% artırıb

"AzerGold" ötən il ölkə iqtisadiyyatına 187 milyon manat vəsait cəlb edib

​​​​​​​“AzerGold" 1,4 milyon manatlıq tenderə yekun vurub

"AzerGold"la Britaniya şirkətlərinin əməkdaşlıq perspektivləri müzakirə olunub

“AzerGold” Azərbaycan Texniki Universiteti ilə əməkdaşlığa başlayır

"AzerGold"un kollektivi ordu sıralarından tərxis olunmuş əməkdaşlarıyla görüşüb

“AzerGold” ixracdan gəlirlərini 26 %-dən çox artırıb

“AzerGold” və Heydər Əliyev Mərkəzi sikkələrin dizayn müsabiqəsinə başlayır

“AzerGold” və Heydər Əliyev Mərkəzi sikkələrin dizayn müsabiqəsinə başlayır

21 İyun 2021, 16:19 (GMT +4)
Putin koronavirus təhlükəsinin hələ də aradan qaldırılmadığını açıqlayıb

21 İyun 2021, 16:10 (GMT +4)
Yevlax sakinindən 155 kq-dan çox narkotik aşkarlanıb

21 İyun 2021, 16:00 (GMT +4)
“Grand Chess Tour”: Teymur Rəcəbov rapid turnirində 8-ci olub

21 İyun 2021, 15:56 (GMT +4)
Şirkət rəhbəri saxta əmək müqavilələri bağladığına görə həbs edilib

21 İyun 2021, 15:44 (GMT +4)
Kreml: Paşinyanın partiyasının inamlı qələbə qazandığını görürük

21 İyun 2021, 15:32 (GMT +4)
Türkiyə Futbol Federasiyası Azərbaycana təşəkkür edib

21 İyun 2021, 15:30 (GMT +4)
Bakıda gözəllik salonundan oğurluq edən şəxs tutulub

21 İyun 2021, 15:22 (GMT +4)
Araz Abdullayev Kipr klubu ilə müqavilə bağlayıb

21 İyun 2021, 15:20 (GMT +4)
İlham Əliyev: Azərbaycan Kəşmir məsələsində hər zaman Pakistanı dəstəkləyir

21 İyun 2021, 15:19 (GMT +4)
İran prezident seçkilərinin qalibi İbrahim Rəisi Co Baydenlə görüşməyəcəyini bildirib

21 İyun 2021, 15:14 (GMT +4)
AB Rusiyaya qarşı sanksiyaların müddətini yenidən uzadıb

21 İyun 2021, 15:08 (GMT +4)
Canni De Byazi “Neftçi”nin yoxlama matçını izləyəcək

21 İyun 2021, 15:06 (GMT +4)
Lənkəranda rabitə xətlərini oğurlayan keçmiş məhkum saxlanılıb

21 İyun 2021, 14:50 (GMT +4)
Qətər şirkətləri Azərbaycanda bərpa olunan enerji hərraclarına qatıla bilər

21 İyun 2021, 14:43 (GMT +4)
Başımızı uca tutmalıyıq - Türkiyə millisinin futbolçusu

21 İyun 2021, 14:40 (GMT +4)
Rusiya XİN rəhbəri və ATƏT Baş katibi Qarabağı müzakirə edəcək

21 İyun 2021, 14:30 (GMT +4)
İlham Əliyev Azərbaycanla Türkiyə arasında imzalanan sənədi təsdiqləyib

21 İyun 2021, 14:16 (GMT +4)
Rusiyada son sutkada 17.378 koronavirusa yoluxma qeydə alınıb

21 İyun 2021, 14:10 (GMT +4)
Burak Yılmaz: Ölkəmizi layiqincə təmsil etmədik

21 İyun 2021, 14:06 (GMT +4)
Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Moskva şəhərinə yola düşüb

21 İyun 2021, 13:54 (GMT +4)
Prezident Goranboyda yol tikintisinə 13,5 milyon manat ayırıb

21 İyun 2021, 13:44 (GMT +4)
Azərbaycanın XİN başçısı Ermənistandakı seçkilərə münasibət bildirib

21 İyun 2021, 13:38 (GMT +4)
Daha yaxşı milli komandamız olacaq - Şenol Günəş

21 İyun 2021, 13:34 (GMT +4)
Sabah Azərbaycanda 41 dərəcəyədək isti olacaq

21 İyun 2021, 13:21 (GMT +4)
Moskvada yeniyetmələr üçün "Sputnik V" peyvəndinin sınaqları başlayacaq 

21 İyun 2021, 13:14 (GMT +4)
Həsən Ruhani: Sanksiyaların ləğvindən sonra Azərbaycanla əlaqələrimiz daha da genişlənəcək

21 İyun 2021, 13:10 (GMT +4)
MN Laçın rayonunun Qalaça kəndindən görüntülər yayıb (VİDEO)  

21 İyun 2021, 13:00 (GMT +4)
Fransa Qran-Prisini Maks Ferstappen qazanıb

21 İyun 2021, 12:58 (GMT +4)
AB Belarusa qarşı yeni sanksiyalar hazırlayır

21 İyun 2021, 12:52 (GMT +4)
Prezident İlham Əliyev Pakistanın Quru Qoşunlarının komandanını qəbul edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66