Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarını Həmrəylik Günü münasibəti ilə təbrik edib

29 Dekabr 2020, 14:07 (GMT +4)

Bakı, 29 dekabr, SalamNews. Azərbaycan Prezidenti İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə dünya azərbaycanlılarını təbrik edib.

SalamNews-un məlumatına görə, təbrikdə deyilir:

"Əziz həmvətənlər!

Hörmətli soydaşlar!

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə sizi ürəkdən təbrik edir, hər birinizə səmimi arzu və diləklərimi çatdırıram.

2020-ci ili bütün dünyada koronavirus pandemiyası ilə gərgin mübarizə şəraitində başa vururuq. Yaranmış vəziyyətdən minimum itkilərlə çıxmaq üçün Azərbaycan hökuməti ilk günlərdən ardıcıl tədbirlər həyata keçirmişdir. Bu addımlar, habelə Azərbaycanın köməyə ehtiyacı olan dövlətlərə humanitar yardımları Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirilmişdir.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın təşəbbüsü ilə hər iki təsisatın COVID-19-a qarşı mübarizəyə həsr olunmuş videoformatda Zirvə görüşü baş tutmuşdur.

Cari ilin dekabr ayında Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü əsasında və 150-dən artıq dövlətin dəstəklədiyi BMT Baş Assambleyasının koronavirusa qarşı dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası keçirilmişdir. Bu, Azərbaycanın qlobal proseslərdə fəal iştirakının, ölkəmizə olan hörmətin, beynəlxalq dəstəyin əyani göstəricisidir.

Ermənistanın danışıqlar prosesini sarsıdan təhrikçi açıqlamaları və əməlləri, iyul ayında dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi hərbi təxribat, qoşunlarını təmas xəttinə cəmləşdirməsi, terror əməllərini törətmək üçün diversiya qruplarını göndərməsi onun növbəti çirkin niyyətlərindən xəbər verirdi. Bu ilin sentyabr ayında BMT Baş Assambleyasının 75-ci sessiyası zamanı beynəlxalq ictimaiyyət Ermənistanın yeni müharibəyə hazırlaşması barədə xəbərdar edilmişdir.

Sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təcavüzə cavab olaraq Azərbaycan xalqı Vətən müharibəsinə qalxmışdır. Müzəffər Azərbaycan Ordusu hər anı qəhrəmanlıqlarla dolu 44 gün ərzində düşməni ağır məğlubiyyətə uğratmış və ölkəmizin ərazi bütövlüyünü bərpa etmişdir. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyət sayəsində əldə edilmişdir.

Ordumuzun ərazi-relyef baxımından son dərəcə mürəkkəb şəraitdə və qısa müddətdə həyata keçirdiyi “Dəmir yumruq” əməliyyatı dünya hərb tarixinə düşərək aparıcı hərbi mərkəzlər və mütəxəssislər tərəfindən öyrənilir.

Dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilmiş möhtəşəm Zəfər Paradı Azərbaycan dövlətinin siyasi, iqtisadi və hərbi qüdrətini, xalqımızın iradəsini, ordumuzun qələbə əzmini, əsgər və zabitlərimizin sarsılmaz döyüş ruhunu nümayiş etdirmişdir.

Xalqımıza milli qürur və şərəf hissini, qələbə sevincini yaşadan, üçrəngli bayrağımızı işğaldan azad olunmuş torpaqlarımızda, Qarabağın tacı olan müqəddəs Şuşada dalğalandıran müzəffər ordumuzun bütün şəxsi heyətinə bir daha dərin minnətdarlığımı bildirirəm. Şəhidlərimizin ölməz ruhu qarşısında baş əyərək onlara Allahdan rəhmət diləyir, yaralı hərbçilərimizin tezliklə şəfa tapmasını arzulayıram.

Vətən müharibəsi zamanı Azərbaycan beynəlxalq informasiya məkanında öz sözünü deyərək ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyalarının qarşısını almış, Ermənistanın vandalizmini və mülki insanlara qarşı terror siyasətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdır.

Ermənistanın işğalı və vəhşiliyi nəticəsində başdan-başa dağıdılmış doğma Qarabağımızı əminəm ki, biz ən qısa zamanda əsl cənnətə çevirəcəyik.

Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur.

Əziz həmvətənlər!

Doğma Azərbaycanımızın daha da güclənməsi və çiçəklənməsi naminə fəaliyyətinizdə hər birinizə uğurlar arzulayıram".


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib

İlham Əliyev: Türkiyədən ən müasir silah növlərinin alınması üçün yeni müqavilələr imzalanıb

Prezident İlham Əliyev mətbuat konfransı keçirir (CANLI)

Prezident İlham Əliyev Xocalı soyqırımı ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev “Ana harayı” abidəsini ziyarət edib

Prezident İlham Əliyev Şağan Reabilitasiya Pansionatının açılışında iştirak edib (FOTO)

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib

İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrini videoformatda qəbul edib

YAP İcra Katibiyində “Xilaskar İlham Əliyev” adlı kitabın videokonfrans formatında təqdimatı keçirilib

Şuşadakı məktəbin təməlini İlham Əliyev, Ərdoğan və Bahçeli birlikdə atacaq

İlham Əliyev işğaldan azad edilmiş kəndlərin bərpası ilə bağlı sərəncam imzalayıb

İlham Əliyev: Pandemiyadan sonra biz qısa müddətdə vəziyyəti bərpa edəcəyik

İlham Əliyev İndoneziyanın yeni səfirinin etimadnaməsini qəbul edib

İlham Əliyev Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoyub

Prezident İlham Əliyev və Mehriban Əliyeva Füzuli, Zəngilan, Laçın və Cəbrayılda olublar

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanda çinar ağacları əkiblər (FOTO)

Prezident İlham Əliyev Laçında Azərbaycan bayrağını qaldırıb

Prezident İlham Əliyev: "Azərbaycanın sərmayə mühiti olduqca münbitdir"

Prezident İlham Əliyev Yüen Sikunu ordenlə təltif edib

Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarına müraciət edib

01 Mart 2021, 01:00 (GMT +4)
"İnter" 3 xalı 3 cavabsız qolla qazanıb - (VİDEO)

28 Fevral 2021, 23:45 (GMT +4)
SalamNews İnformasiya Agentliyinin fəaliyyətə başlamasından 11 il ötür

28 Fevral 2021, 23:40 (GMT +4)
"Trabzonspor" "Fənərbaxça"ya minimal hesabla uduzub - (VİDEO)

28 Fevral 2021, 22:19 (GMT +4)
"Arsenal" "Lester"ə qalib gəlib - (VİDEO)

28 Fevral 2021, 18:49 (GMT +4)
Güləşçilərimiz Kiyevdə daha 3 medal qazanıb

28 Fevral 2021, 18:38 (GMT +4)
"Yuventus" səfərdə xal itirib - (VİDEO)

28 Fevral 2021, 13:12 (GMT +4)
"Qalatasaray" "Ərzurumspor"u 2 qolla məğlub edib - (VİDEO)

28 Fevral 2021, 11:31 (GMT +4)
"Mançester Siti" doğma meydanda qələbəyə sevinib - (VİDEO)

27 Fevral 2021, 17:00 (GMT +4)
Ombudsman: Ermənistan etnik nifrət siyasətindən çəkinməli və iki xalqın dinc yanaşı yaşamasını bərpa etməlidir

27 Fevral 2021, 16:57 (GMT +4)
İrəvanda təxminən on min nəfərin iştirakı ilə müxalifətin mitinqi keçirilir

27 Fevral 2021, 16:50 (GMT +4)
Bakıda mağazadan 5600 manatlıq oğurluq edilib

27 Fevral 2021, 16:45 (GMT +4)
Futzal millimizin kapitanı: Sürpriz hər zaman mümkündür - (MÜSAHİBƏ)

27 Fevral 2021, 16:40 (GMT +4)
Əhaliyə göstərilən məşğulluq tədbirlərinin əhatə dairəsi daha da genişləndirilir

27 Fevral 2021, 16:30 (GMT +4)
Zərdabda evdən 25 min manatlıq oğurluq edilib

27 Fevral 2021, 16:16 (GMT +4)
İran əlavə iki nüvə təsisatını inşa etməkdə olduğunu bildirib

27 Fevral 2021, 16:15 (GMT +4)
Bakı metrosu üçün alınan yeni vaqonların sayı açıqlanıb

27 Fevral 2021, 16:05 (GMT +4)
Şoyqu Ermənistan Müdafiə Nazirliyinin rəhbəri ilə telefon danışığı keçirib

27 Fevral 2021, 16:04 (GMT +4)
Prezident “Dövlət rüsumu haqqında” qanuna dəyişikliyi təsdiqləyib

27 Fevral 2021, 16:00 (GMT +4)
Kişi voleybolçular arasında Avropa çempionatı 4 ölkədə təşkil olunacaq

27 Fevral 2021, 15:50 (GMT +4)
İctimai iaşə müəssisələrinə təyin olunan məsul şəxslərlə görüş keçirilib

27 Fevral 2021, 15:39 (GMT +4)
Mənbə: Ermənistan prezidenti Silahlı Qüvvələrin Baş Qərargah rəisi ilə görüş keçirir

27 Fevral 2021, 15:32 (GMT +4)
“Kənddən Şəhərə” həftəsonu yarmarkası davam edir (FOTO)

27 Fevral 2021, 15:29 (GMT +4)
İlkay Gündoğan: "Mançester Yunayted" mənimlə maraqlanırdı

27 Fevral 2021, 15:19 (GMT +4)
Tbilisidə müxalifətçilər parlamentin qarşısında çadırlar qurub

27 Fevral 2021, 15:17 (GMT +4)
Azərbaycanda indiyədək peyvənd olunanların sayı açıqlanıb

27 Fevral 2021, 15:08 (GMT +4)
“8 Noyabr” metro stansiyasında son tamamlanma işləri aparılır

27 Fevral 2021, 14:55 (GMT +4)
Azərbaycanda mart ayına olan hava proqnozu açıqlanıb 

27 Fevral 2021, 14:43 (GMT +4)
Bakıda iki avtobusun hərəkət sxemi dəyişdiriləcək

27 Fevral 2021, 14:30 (GMT +4)
Qarabağa böyük qayıdış üzrə İşçi Qrup yaradılıb

27 Fevral 2021, 14:20 (GMT +4)
Ər-Riyad ABŞ kəşfiyyatının Kaşıkçının qətlinə dair hesabatını rədd edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66