Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Energetika Nazirliyi: “ACWA Power” şirkəti ilə qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyası layihəsi üzrə müqavilələr imzalanıb (FOTO)

30 Dekabr 2020, 10:30 (GMT +4)

Bakı, 30 dekabr, SalamNews. Energetika Nazirliyi və ”Azərenerji” ASC ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb.

Energetika Nazirliyindən SalamNews-a daxil olan məlumata görə, müqavilələrin imzalanması videokonfrans formatında baş tutub. Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdül Əziz bin Salman Əl-Səud və hər iki ölkənin səfirlərinin iştirakı ilə müqavilələri Azərbaycan tərəfindən energetika naziri Pərviz Şahbazov və “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev, “ACWA Power” şirkəti tərəfindən isə İdarə heyətinin sədri Mohammad Abunayyan imzalayıb.

Energetika naziri Pərviz Şahbazov bildirib ki, ölkəmizdə energetika sahəsində bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən prioritet vəzifə olaraq irəli sürülüb və 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpa olunan enerjinin payının 30%-ə çatdırılması hədəf kimi müəyyənləşdirilib. Nazir çıxışında “Energetika sektorunda islahatların surətləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 may tarixli 1209 nömrəli Sərəncamına uyğun olaraq, bərpa olunan enerji sahəsinin inkişafı məqsədilə 10-a yaxın beynəlxalq enerji şirkəti, o cümlədən “ACWA Power” şirkəti ilə əməkdaşlıq əlaqələrindən, şirkətlərin seçim prosesinin şəffaf şəkildə həyata keçirilməsindən, cari ilin yanvar ayında Nazirlər Kabinetində imzalanmış 240 MVt gücündə külək elektrik stansiyasının tikintisi ilə bağlı İcra müqaviləsi üzrə görülmüş işlərdən bəhs edib. Həmçinin bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının tikintisi ilə bağlı pilot layihələrin həyata keçirilməsi və icrasının əlaqələndirilməsi məqsədilə yaradılmış Komissiyanın fəaliyyəti xüsusi olaraq diqqətə çatdırılıb.

Enegetika naziri Pərviz Şahbazov deyib: “Müqavilələrin imzalanması və layihənin icrası ölkəmizdə formalaşmış biznes mühitinə olan inamın göstəricisidir və iqtisadi əməkdaşlığımızda yeni mərhələnin başlanğıcını qoyur. İlk dəfə xarici sərmayə əsaslı belə bir layihənin həyata keçirilməsi nəticəsində külək elektrik stansiyası, təxminən, ildə 1 mlrd. kVt•saat elektrik enerjisi istehsal edəcək, 220 milyon kub metr qazın sərbəstləşməsini təmin edəcək, atmosferə 400 min tondan artıq CO2 emissiyasının atılmasının qarşısını alacaq, yeni iş yerlərinin açılmasına, bəzi istehsal və xidmət sahələrinin yaranmasına yol açacaqdır“.

Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdül Əziz bin Salman Əl-Səud isə “OPEC plus” çərçivəsində Azərbaycanın öhdəliklərinin icrasını və qlobal neft bazarının sabitləşdirilməsində mühüm rolunu yüksək qiymətləndirib. Külək elektrik stansiyası üzrə imzalanmış müqavilələri isə hər iki ölkənin iqtisadiyyatı şaxələndirmək kursunun nümunəsi kimi dəyərləndirib: “Bu layihə yalnız ölkələrimiz üçün deyil, dünya üçün əhəmiyyətlidir. Çünki qlobal enerji sektoru çağırşlarla üz-üzədir. Dayanıqlı inkişafa nail olmaq üçün bütün enerji resurslarından istifadə olunmalıdır. Bu gün imzaladığımız layihə bu məqsədə nail olmağa kömək etməklə yanaşı, Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasındakı əlaqələri gücləndirəcəkdir.

Səudiyyə Ərəbistanı olaraq Azərbaycanın enerji resurslarını şaxələndirmə siyasətində iştirakdan məmnunuq. 240 MVt-lıq layihə Azərbaycanın enerji diversifikasiyasına və bərpa olunan enerji sahəsində irəlilələməsinə töhfə verəcək. “ACWA Power” şirkəti zəngin təcrübəsindən istifadə edərək Azərbaycanın elektrik enerjisinə olan ehtiyaclarını iqtisadi cəhətdən sərfəli və beynəlxalq standartlara uyğun şəkildə ödəmək səylərini dəstəkləyəcək.”

Tədbirdə, həmçinin “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev də çıxış edib. Müqavilə layihələrinin hazırlanması prosesində səhmdar cəmiyyət tərəfindən görülmüş və müqavilələrin imzalanmasından sonra həyata keçiriləcək işlər haqqında məlumat verilib. Bildirilib ki, bu layihənin reallaşdırılması milli iqtisadiyyatımızın inkişafına stimul verəcək, ölkəmizin enerji dayanıqlığının təmin edilməsində xüsusi rol oynayacaq, təbii sərvətimiz olan qaza qənaət etməyə imkan verəcək və ekologiyaya müsbət təsir göstərəcəkdir.

“ACWA Power” şirkəti tərəfindən isə İdarə heyətinin sədri Mohammad Abunayyan layihə çərçivəsində Energetika Nazirliyi və “Azərenerji” ASC ilə əməkdaşlıq çərçivəsində görülmüş işlər haqqında məlumat verib. Hər iki ölkənin energetika nazirlərinin layihəyə dəstəyini yüksək qiymətləndirib. Qeyd edilib ki, COVİD-19 qlobal pandemiyasının mənfi təsirlərinə baxmayaraq həm layihə üzərində, həm də layihənin reallaşması üçün imzalanması zəruri olan müqavilə sənədlərinin formalaşdırılması və razılaşdırılması üzərində intensiv işlər davam etdirilib. Bu sahədə müqavilə tərəflərinin peşəkarlığı, əzmi və səriştəsi nümunə hesab edilə bilər.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Energetika Nazirliyinin Çağrı Mərkəzinə bu il 1192 müraciət daxil olub

Energetika Nazirliyi yanında İctimai Şuranın tərkibi müəyyən edilib

Energetika Nazirliyinin İctimai Şurasına bir nəfər seçilib

Energetika Nazirliyində Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir olub

Energetika Nazirliyi: Azərbaycan mövcud ixtisarların apreldə də davam etdirilməsinə razılıq verib

Energetika Nazirliyi bu il 4 layihə sənədinin razılaşdırılmasını ləğv edib

Energetika Nazirliyində vətəndaş qəbulu keçirilib

Energetika Nazirliyinin Çağrı Mərkəzinə ötən il 2 566 müraciət daxil olub

Energetika Nazirliyi və qurumları ötən il 4 mindən çox müraciətə baxıb

Energetika Nazirliyinin əməkdaşları beynəlxalq konfransda iştirak edib

Energetika Nazirliyi “YAŞAT” Fonduna ianə edib

Energetika Nazirliyi: Naxçıvanın qaz təchizatı daha dayanıqlı olacaq

Energetika Nazirliyi Dağlıq Qarabağ və ətraf regionların enerji potensialını açıqlayıb

Energetika Nazirliyi vətəndaş qəbulunu dayandırıb

Energetika Nazirliyi xarici tərəfdaşları Ermənistanın Azərbaycana qarşı təxribatları barədə məlumatlandırıb

Energetika Nazirliyi və Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən 3468 müraciətə baxılıb

Energetika Nazirliyi bu ilin 9 ayında 165 icazə verib

Energetika Nazirliyi Azərbaycan Ordusuna dəstək olub

Energetika Nazirliyi ilə MEDEF arasında onlayn görüş keçirilib

Energetika Nazirliyi: I yarımildə elektrik enerjisi ilə bağlı 2 700-dən çox müraciət olub

31 İyul 2021, 17:00 (GMT +4)
Bu gün Bakıda 546 küçə dezinfeksiya edilib

31 İyul 2021, 16:45 (GMT +4)
Bakıda iki avtomobil toqquşub, ölən var

31 İyul 2021, 16:40 (GMT +4)
Gürcüstanda son sutkada COVID-19-a yoluxanların sayı 3 mindən çox olub

31 İyul 2021, 16:35 (GMT +4)
“Şahdəniz”dən hasil edilən 98 mlrd kubmetr qaz ixrac edilib

31 İyul 2021, 16:24 (GMT +4)
İranda Qədir-Xum bayramı münasibətilə minlərlə məhbus əfv edilib

31 İyul 2021, 16:23 (GMT +4)
Prezident Ərdoğan meşə yanğınınlarının baş verdiyi bölgələri ziyarət edəcək 

31 İyul 2021, 16:15 (GMT +4)
“Müzəffər Sərkərdə, yenilməz Ordu” adlı vətənpərvərlik tədbiri keçirilib (FOTO)

31 İyul 2021, 16:00 (GMT +4)
Azərbaycan Dillər Universitetində Pakistan Mədəniyyət Mərkəzinin açılışı olub

31 İyul 2021, 15:50 (GMT +4)
AÇG və “Şahdəniz”dən 567 mln tondan çox neft hasil edilib

31 İyul 2021, 15:43 (GMT +4)
Bayden Kuba hökumətinə qarşı yeni sanksiyalar vəd edib

31 İyul 2021, 15:40 (GMT +4)
Azərbaycan Ordusunun əsgəri şəhid olub

31 İyul 2021, 15:30 (GMT +4)
FHN-də yanğın təhlükəsizliyi ilə bağlı müşavirə keçirilib

31 İyul 2021, 15:27 (GMT +4)
Tokio Olimpiadasında COVID-19-a yoluxanların sayı 246-ya çatıb

31 İyul 2021, 15:15 (GMT +4)
Bakıda onlayn yolla "patı" satan şəxs saxlanılıb

31 İyul 2021, 15:02 (GMT +4)
Əlcəzair Səudiyyənin əl-Ərəbiyyə telekanalının nümayəndəliyinin bağlanılması barədə qərar verib

31 İyul 2021, 15:00 (GMT +4)
Sabunçuda dənizdə batan şəxsin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib

31 İyul 2021, 14:50 (GMT +4)
Bu il Azərbaycanda 20,3 mlrd kubmetr qaz hasil edilib

31 İyul 2021, 14:44 (GMT +4)
Rusiyada son sutkada 23 807 koronavirusa yoluxma aşkar edilib

31 İyul 2021, 14:40 (GMT +4)
Azad edilən ərazilərdə 13 911 daşınmaz əmlakın inventarlaşdırılması tamamlanıb

31 İyul 2021, 14:30 (GMT +4)
İlham Əliyev İsveçrə Prezidentinə məktub göndərib

31 İyul 2021, 14:24 (GMT +4)
Çavuşoğlu: Azərbaycandan yanğınların söndürülməsinə kömək üçün 102 nəfər gəlib

31 İyul 2021, 14:20 (GMT +4)
Müəllim olmaq istəyənlər üçün təkrar imtahanların keçiriləcəyi tarix açıqlanıb

31 İyul 2021, 14:11 (GMT +4)
Tokio-2020: Çin medal sıralamasına liderlik edir

31 İyul 2021, 14:10 (GMT +4)
MN: "Azərbaycan Ordusunun atəşkəsi pozması barədə məlumat yalandır"

31 İyul 2021, 14:00 (GMT +4)
Yarım ildə Azərbaycanda 3,3 milyon ton neft emal edilib

31 İyul 2021, 13:52 (GMT +4)
Türkiyə Tokio-2020-də ilk qızıl medalını qazanıb

31 İyul 2021, 13:50 (GMT +4)
Bu il Azərbaycan 14 mln ton neft ixrac edib

31 İyul 2021, 13:40 (GMT +4)
Masallı polisi əməliyyat keçirib, saxlanılan var

31 İyul 2021, 13:38 (GMT +4)
Müəmmər Qəddafinin oğlu son 10 ildə ilk dəfə olaraq kamera qarşısına çıxıb (FOTO)

31 İyul 2021, 13:30 (GMT +4)
Polis akkumulyator oğrularını saxlayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66