Azərbaycan nefti bahalaşıb30 Dekabr 2020, 11:45 (GMT +4) Bakı, 30 dekabr, SalamNews. Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,23 ABŞ dolları və yaxud 0,45 % artıb.
SalamNews xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 51,2 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
|