Səudiyyə və Qətər 3 ildən sonra əlaqələrini bərpa etməyə başlayıblar05 Yanvar 2021, 09:05 (GMT +4) Bakı, 5 yanvar, SalamNews. B.Samid. Qətərin əmiri Təmim bin Həmd Ali-Sani son 4 ildə ilk dəfə olaraq bu gün Səudiyyə Ərəbistanına səfərə gedəcək.
SalamNews Əlcəzirəyə istinadla xəbər verir ki, Qətərin əmiri bu gün Səudiyyə Ərəbistanında keçiriləcək Körfəz Əməkdaşkıq Şurasının toplantısına qatılacaq. Qətər əmirinin bu səfəri kral Salman bin Əbdüləzizin dəvəti ilə baş tutub.
Bu səfər son 4 ildə ilk dəfədir baş tutur.
Küveytin xarici işlər naziri Əhməd Nasir əs-Sabahın sözlərinə görə bu gündən iki ölkənin hava, quru və su sərhəd keçidləri açılacaq.
O əlavə edib ki, bu gün Səudiyyə Ərəbistanında keçiriləcək toplantıda 4 ərəb ölkəsinin Qətərlə olan ixtilafları barədə razılıq əldə ediləcək.
Qeyd edək ki, 2017-i ildə Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Qətəri terroru dəstəkləməkdə ittihamlandıraraq, bu ölkə ilə bütün əlaqələri dayandırıb və onu blokadaya salıblar. Məlumata görə Qətər əlaqələrin normallaşması qarşılığında beynəlxalq təşkilatlara bu dörd ölkədən etdiyi şikayətləri geri götürəcək.
|