Almaniyada karantin rejimi 31 yanvar tarixinə qədər uzadılıb06 Yanvar 2021, 14:47 (GMT +4) Bakı, 6 yanvar, SalamNews. Almaniya hökuməti koronavirus növünün yayılmasına qarşı mübarizə çərçivəsində ölkədə dekabrın 16-dan tətbiq olunan karantin rejimini yanvar ayının sonuna qədər uzadıb.
SalamNews "Anadolu"ya istinadən xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel açıqlayıb.
Hökumət başçısının sözlərinə görə, ölkənin koronavirusun yayılma riski yüksək olan bölgələrində, vətəndaşların ciddi səbəb olmadan evlərindən 15 km-dən çox məsafədə uzaqlaşmaları qadağan ediləcək.
Pandemiya başlayandan Almaniyada 1.78 milyondan çox yoluxma hadisəsi qeydə alınıb, 35.5 mindən çox COVID-19 xəstəsi ölüb.
|