Məcburi köçkünlər üçün inşa edilmiş 4700-ə yaxın mənzil ƏƏSMN-nin balansına verilib08 Yanvar 2021, 15:45 (GMT +4) Bakı, 8 yanvar, SalamNews. Azərbaycan Prezidenti İlham Əliyevin qərarı ilə 2020-ci ildə məcburi köçkünlər üçün inşa edilmiş mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) balansına verilib.
SalamNews-un məlumatına görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Heseynov deyib.
Onun sözlərinə görə, qəsəbələrdən və hündürmərtəbəli binalardan ibarət olan 4700-ə yaxın mənzil nazirliyin balansına verilib.
F.Hüseynov bildirib ki, həmin yaşayış kompleksləri Bakı, Sumqayıt, Abşeron, Samux və Lənkəran ərazisində inşa edilib və istifadəyə hazırdır.
|