Rusiyada COVID-19 səbəbiylə ölənlərin sayı 61 minə yaxınlaşıb08 Yanvar 2021, 15:54 (GMT +4) Bakı, 8 yanvar, SalamNews. Rusiyada son sutkada koronavirusa (COVID-19) yoluxma hallarının sayı 23 652 artaraq 3 355 794-ə yüksəlb.
SalamNews xəbər verir ki, bu barədə COVID-19 əməliyyat qərargahından məlumat verilib.
Son sutkada Rusiya Federasiyasında 454 nəfər koronavirus səbəbiylə ölüb.
Epidemiya başlayandan bəri ümumi ölüm sayı 60911 nəfərə çatıb.
Rusiyada son 24 saat ərzində 21 677 nəfər olmaqla 2 731 129 nəfər COVID-19-dan sağalıb.
563754 nəfərin müalicəsi davam edir.
|