Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Bakı Metropoliteni” yeni vaqonlarının sayını açıqlayıb

08 Yanvar 2021, 17:21 (GMT +4)

Bakı, 8 yanvar, SalamNews. 2020-ci ildə “Bakı metropoliteni” QSC-nin lokomotiv parkındakı ən müasir tipli vaqonların sayı 75-ə, xətdə hərəkət edən qatarların sayı 15-ə çatdırılıb.

SalamNews-un quruma istinadən verdiyi xəbərə görə, qatarlardan 3-ü “Həzi Aslanov-İçərişəhər”, 12-si “Həzi Aslanov-Dərnəgül” xəttində hərəkət edir.

Xəttə buraxıldığı zaman elan edildiyi kimi, yeni vaqonlar məhz Bakı metropoliteninin texniki tələblərinə uyğun istehsal olunub. Qatarlar Bakının iqlim şəraitinə hesablanmış kondisioner, avtomatik tənzimlənən mikroiqlim nəzarəti sistemi ilə təchiz edilib. Bu sistemlər, eləcə də ultrabənövşəyi lampalar vaqon salonunda havanın zərərsizləşdirilməsi funksiyasını da yerinə yetirir. Baş vaqonlar 315, orta vaqonlar 329 sərnişin tutumuna malikdir.

Vaqonlar arasında birbaşa keçidlər var. Bu, sərnişin salonunun 15 faiz genişlənməsinə, nəticədə, daha çox sərnişin daşımağa, sərnişinlərin qatar boyunca rahat hərəkət etməsinə və bərabər paylanmasına şərait yaradır.

Vaqonlarda ayaq üstə dayanan, iri yük və uşaq arabaları ilə hərəkət edən sərnişinlər üçün çoxfunksiyalı zonalar, baş vaqonlarda maşinist kabinasının arxasında olmaqla əlil arabaları üçün yerlər, mobil cihazları enerji ilə yükləmək üçün USB portlar var.

Salon qapıları əvvəlki nəsil vaqonları ilə müqayisədə daha enlidir. Bu isə sərnişinlərin daha sürətli minib-düşməsini təmin edir.

Ümumilikdə, yeni qatar tərkibləri sərnişin təhlükəsizliyi və rahatlığı baxımından ən müasir yenilikləri, o cümlədən Bakı metropoliteninin infrastruktur tələblərini özündə ehtiva edən sistem və avadanlıqlarla təchiz olunub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

13 İyun 2021, 02:00 (GMT +4)
Güləşçimiz Rafiq Hüseynov Polşada bürünc medala sahib olub 

13 İyun 2021, 01:25 (GMT +4)
Avro-2020: Belçika və Finlandiya qələbə qazanıb 

13 İyun 2021, 01:11 (GMT +4)
İki karateçimiz Tokio-2020-dən kənarda qalıb

12 İyun 2021, 23:05 (GMT +4)
Danimarka Futbol Federasiyası və UEFA Eriksenlə bağlı rəsmi məlumat yayıb

12 İyun 2021, 22:45 (GMT +4)
Bril Embolo Uels - İsveçrə oyununun ən yaxşı futbolçusu seçilib

12 İyun 2021, 21:21 (GMT +4)
Avro-2020-də oyun təxirə salınıb

12 İyun 2021, 20:35 (GMT +4)
Futbol üzrə Türkiyə millisi Bakıya gəlib - (FOTOLAR)

12 İyun 2021, 19:00 (GMT +4)
Avro-2020: Bakıdakı ilk oyunda qalib müəyyənləşməyib - (VİDEO)

12 İyun 2021, 17:29 (GMT +4)
"Neftçi" ilk transferini reallaşdırıb

12 İyun 2021, 17:10 (GMT +4)
“Qarabağ” millimizin üzvü ilə yeni müqavilə bağlayıb

12 İyun 2021, 17:02 (GMT +4)
KOBİA: Qarabağda xarici investorların iştirak edəcəyi layihələr üzərində iş gedir

12 İyun 2021, 16:57 (GMT +4)
Texasda baş verən atışma nəticəsində 12 nəfər yaralanıb

12 İyun 2021, 16:52 (GMT +4)
AVRO-2020-nin açılış matçının ən yaxşısı məlum olub

12 İyun 2021, 16:50 (GMT +4)
Livan prezidenti suriyalı qaçqınların ölkələrinə qaytarılması üçün beynəlxalq ictimaiyyətə çağırış edib

12 İyun 2021, 16:44 (GMT +4)
Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdləri praktiki məşğələdə iştirak ediblər (VİDEO)

12 İyun 2021, 16:36 (GMT +4)
Azərbaycanda son sutkada 204 nəfər COVID-19-dan sağalıb, 61 nəfər yoluxub

12 İyun 2021, 16:24 (GMT +4)
Tovuzda yabanı halda bitən 1 tona yaxın narkotik məhv edilib

12 İyun 2021, 16:16 (GMT +4)
Türkiyəyə qol şansı vermədik - Roberto Mançini

12 İyun 2021, 16:12 (GMT +4)
ABŞ Ukraynaya daha 150 milyon dollar yardım ayıracaq

12 İyun 2021, 16:05 (GMT +4)
İlham Əliyev:  Əgər Ermənistan müharibə istəyirsə, ötən ilin payızındakı eyni nəticəni əldə edəcək

12 İyun 2021, 15:53 (GMT +4)
Azad edilən ərazilərdə minaya düşərək həlak olan və yaralananların sayı açıqlanıb

12 İyun 2021, 15:45 (GMT +4)
Oyunumuzun İtaliya yığmasından çox geri qaldığını gördük - Şenol Günəş

12 İyun 2021, 15:42 (GMT +4)
Bu gün İranda prezidentliyə namizədlərin üçüncü və sonuncu depatı keçirilir

12 İyun 2021, 15:41 (GMT +4)
Yarasalarda yeni koronavirus növü aşkarlanıb

12 İyun 2021, 15:30 (GMT +4)
BNA: Azarkeşlərin daşınması üçün xüsusi ekspres xətlər açılıb

12 İyun 2021, 15:17 (GMT +4)
Danimarka Rusiyanı hava sərhədlərini pozmaqda ittiham edib

12 İyun 2021, 15:09 (GMT +4)
“Azər­su” Avropa Çempionatı ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyətə başlayıb

12 İyun 2021, 14:57 (GMT +4)
AVRO-2020 ilə bağlı bəzi yollarda hərəkətə məhdudiyyət qoyulub

12 İyun 2021, 14:48 (GMT +4)
Türkiyə millisinin futbolçusu Burak Yılmaz tarixə düşüb

12 İyun 2021, 14:46 (GMT +4)
Səudiyyə Ərəbistanı bu il xarici zəvvarların həcc ziyarətinə qatıla bilməyəcəklərini elan edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66