Suriyada qruplaşmaların nəzarətində olan bölgədə neft anbarına aviazərbələr endirilib (VİDEO)
11 Yanvar 2021, 09:17 (GMT +4)
Bakı, 11 yanvar, SalamNews, B,Samıd. Suriyanın Hələb əyalətinin şimal-şərqində qruplaşmaların nəzarətində yerləşən Tarhin qəsəbəsi ərazisində neft anbarına hava zərbələri endirilib.
SalamNews əl-Aləmə istinadla xəbər verir ki, ötən gecə əl-Bab şəhəri ətrafında Tarhin qəsəbəsində yerləşən neft çənlərinin saxlanıldığı məkana hava zərbələri endirilib.
Hava zərbələri naməlum PUA-lar tərəfindən endirilib.
Bu hücumun Rusiya və ya ABŞ koalisiyasına aid PUA-lar tərəfindən həyata keçirildiyi ehtimal edilir.
Hava zərbələri şiddətli partlayışlar və yanğınlara səbəb olub.
Mərkəzi Londonda yerləşən “Suriya İnsan Hüquqları Müşahidə Qrupu”nun məlumatına görə ötən ayın 20-də də həmin məkana naməlum PUA-lar tərəfindən aviazərbələr endirilib.
Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.