Bu həftə Türkiyə, Azərbaycan və Pakistan XİN başçılarının görüşü keçiriləcək11 Yanvar 2021, 16:02 (GMT +4) Bakı, 11 yanvar, SalamNews. Yanvarın 13-də Türkiyə, Azərbaycan və Pakistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.
SalamNews-un məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O bildirib ki, görüş Pakistanın paytaxtı İslamabadda keçiriləcək.
Nazir əlavə edib ki, azərbaycanlı həmkarı Ceyhun Bayramovla həm də ayrılıqda görüşəcək.
|