Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“AzerGold” Azərbaycan Texniki Universiteti ilə əməkdaşlığa başlayır

12 Yanvar 2021, 14:33 (GMT +4)

Bakı, 12 yanvar, SalamNews. Bu gün “AzerGold” QSC ilə Azərbaycan Texniki Universiteti (AzTU) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

SalamNews-un ““AzerGold”a istinadən verdiyi məlumata görə, videoformatda təşkil olunan tədbirdə hər iki tərəfin məsul şəxsləri ilə yanaşı, Türkiyənin İstanbul Texniki Universitetin prorektoru Hüseyin Kızıl və digər nümayəndələri iştirak ediblər.

Memorandum sənədini “AzerGold”un İdarə Heyəti sədrinin müavini Xəyyam Fərzəliyev və AzTU-nun rektoru Vilayət Vəliyev imzalayıblar. Memoranduma əsasən, qarşılıqlı razılıq əsasında ölkə ərazisində əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, bu sahədə yeni texnologiyaların tətbiqi və ixtisaslı kadr hazırlığı konsepsiyalarının birgə layihələndirilməsi və icrası nəzərdə tutulur. Bundan başqa, sənəddə universitetin müxtəlif fakültələrinin bakalavriat və magistratura pillələrində təhsil alan tələbələrinin şirkətin istehsalat təcrübəsinə cəlb olunması öz əksini tapıb. İstehsalat təcrübəsində seçilmiş tələbələrin elmi-tədqiqat və layihələndirmə işlərinə cəlb edilməsi, diplom, elmi işlər və digər tədqiqat layihələri üçün tələb olunan mövzuların birgə tərtibi, həmçinin fərqlənmiş tələbələrə QSC-nin təqaüd və mükafatlarının verilməsi də nəzərdə tutulub.

“AzerGold” davamlı və dayanıqlı inkişafı təmin etmək üçün kadr potensialının möhkəmləndirilməsi istiqamətində Azərbaycanda fəaliyyət göstərən bir sıra ali təhsil ocaqları və elmi təşkilatlarla sıx əməkdaşlıq edir. Bu günə qədər 7 ali təhsil ocağı ilə əməkdaşlıq memorandumu imzalanıb, eləcə də ali məktəblərlə əldə olunmuş müvafiq razılaşmalara uyğun olaraq peşə-ixtisas təhsili alan 133 tələbənin “Çovdar” Filiz Emalı Sahəsində təcrübə proqramında iştirakı təşkil edilib. Müvafiq sahələr üzrə istehsalat təcrübəsini uğurla tamamlamış tələbə və məzunlara “AzerGold” sertifikatlar təqdim edib, fərqlənmiş 11 nəfər məzun daimi işlə təmin edilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

21 İyun 2021, 17:03 (GMT +4)
Xəbərdarlıq: Ölkə ərazisində anomal isti gözlənilir, temperatur 44 dərəcəyədək yüksələcək

21 İyun 2021, 16:53 (GMT +4)
Məscidlərdə pandemiya qaydalarına əməl edilməsi ilə bağlı monitorinqlərə başlanılıb

21 İyun 2021, 16:41 (GMT +4)
Braziliyada son sutkada 44 mindən çox koronavirusa yoluxma qeydə alınıb

21 İyun 2021, 16:35 (GMT +4)
Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub

21 İyun 2021, 16:25 (GMT +4)
Əfqanıstan Ordusu Talibanın zəbt etdiyi rayon mərkəzlərindən ikisini geri alıb

21 İyun 2021, 16:19 (GMT +4)
Putin koronavirus təhlükəsinin hələ də aradan qaldırılmadığını açıqlayıb

21 İyun 2021, 16:10 (GMT +4)
Yevlax sakinindən 155 kq-dan çox narkotik aşkarlanıb

21 İyun 2021, 16:00 (GMT +4)
“Grand Chess Tour”: Teymur Rəcəbov rapid turnirində 8-ci olub

21 İyun 2021, 15:56 (GMT +4)
Şirkət rəhbəri saxta əmək müqavilələri bağladığına görə həbs edilib

21 İyun 2021, 15:44 (GMT +4)
Kreml: Paşinyanın partiyasının inamlı qələbə qazandığını görürük

21 İyun 2021, 15:32 (GMT +4)
Türkiyə Futbol Federasiyası Azərbaycana təşəkkür edib

21 İyun 2021, 15:30 (GMT +4)
Bakıda gözəllik salonundan oğurluq edən şəxs tutulub

21 İyun 2021, 15:22 (GMT +4)
Araz Abdullayev Kipr klubu ilə müqavilə bağlayıb

21 İyun 2021, 15:20 (GMT +4)
İlham Əliyev: Azərbaycan Kəşmir məsələsində hər zaman Pakistanı dəstəkləyir

21 İyun 2021, 15:19 (GMT +4)
İran prezident seçkilərinin qalibi İbrahim Rəisi Co Baydenlə görüşməyəcəyini bildirib

21 İyun 2021, 15:14 (GMT +4)
AB Rusiyaya qarşı sanksiyaların müddətini yenidən uzadıb

21 İyun 2021, 15:08 (GMT +4)
Canni De Byazi “Neftçi”nin yoxlama matçını izləyəcək

21 İyun 2021, 15:06 (GMT +4)
Lənkəranda rabitə xətlərini oğurlayan keçmiş məhkum saxlanılıb

21 İyun 2021, 14:50 (GMT +4)
Qətər şirkətləri Azərbaycanda bərpa olunan enerji hərraclarına qatıla bilər

21 İyun 2021, 14:43 (GMT +4)
Başımızı uca tutmalıyıq - Türkiyə millisinin futbolçusu

21 İyun 2021, 14:40 (GMT +4)
Rusiya XİN rəhbəri və ATƏT Baş katibi Qarabağı müzakirə edəcək

21 İyun 2021, 14:30 (GMT +4)
İlham Əliyev Azərbaycanla Türkiyə arasında imzalanan sənədi təsdiqləyib

21 İyun 2021, 14:16 (GMT +4)
Rusiyada son sutkada 17.378 koronavirusa yoluxma qeydə alınıb

21 İyun 2021, 14:10 (GMT +4)
Burak Yılmaz: Ölkəmizi layiqincə təmsil etmədik

21 İyun 2021, 14:06 (GMT +4)
Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Moskva şəhərinə yola düşüb

21 İyun 2021, 13:54 (GMT +4)
Prezident Goranboyda yol tikintisinə 13,5 milyon manat ayırıb

21 İyun 2021, 13:44 (GMT +4)
Azərbaycanın XİN başçısı Ermənistandakı seçkilərə münasibət bildirib

21 İyun 2021, 13:38 (GMT +4)
Daha yaxşı milli komandamız olacaq - Şenol Günəş

21 İyun 2021, 13:34 (GMT +4)
Sabah Azərbaycanda 41 dərəcəyədək isti olacaq

21 İyun 2021, 13:21 (GMT +4)
Moskvada yeniyetmələr üçün "Sputnik V" peyvəndinin sınaqları başlayacaq 

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66