İran və üç Avropa dövləti nüvə sazişilə bağlı bir-birini ittihamlandırıblar12 Yanvar 2021, 16:21 (GMT +4) Bakı, 12 yanvar, SalamNews, B,Samıd. Avropa İttifaqı İranda uranın 20 faiz dərəcəsində zənginləşdirilməsini qınayıb. İran da öz növbəsində, nüvə sazişinin təhlükəyə düşməsində ABŞ-la yanaşı Avropa dövlətlərini ittihamlandırıb.
SalamNews Anadolu-a istinadla xəbər verir ki, Avropa İttifaqının xarici siyasət üzrə ali rəsmisi Cozef Borrel İranda uranın zənginləşdirilməsinin 20 faizə qaldırılmasını narahatedici addım kimi qiymətləndirib.
O, İranı "diplomatik danışıqlar üçün fürsətləri itirməməyə" çağırıb və Avropa İttifaqının nüvə sazişinə önəm verdiyini, ABŞ-ın da bu sazişə qayıdacağına ümidvar olduğunu qeyd edib.
Eyni zamanda İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə nüvə sazişinin təhlükə ilə üzləşməsində ABŞ-dan əlavə üç Avropa dövlətinin də payı olduğunu deyib.
Bu arada İranın Prezident Administrasiyasının sözçüsü Əli Rəbii də bu günkü çıxışında Avropa dövlətlərini nüvə sazişilə bağlı verdikləri vədlərə əməl etməyə çağırıb.
Qeyd edək ki, İran Möhsün Fəxrizadənin terrora məruz qalmasının Avropa tərəfindən lazımınca pislənilməməsini qınamış və daha sonra uranın zənginləşdirilməsi dərəcəsini 20- qaldırmışdı.
|