Azərbaycan və Pakistan xarici işlər nazirlərinin görüşü olub (VİDEO)
13 Yanvar 2021, 17:24 (GMT +4)
Bakı, 13 yanvar, SalamNews. Pakistanın paytaxtı İslamadda rəsmi səfərdə olan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu ölkənin xarici işlər naziri Mahdum Şah Mahmud Qureşi ilə görüşüb.
SalamNews xəbər verir ki, bu barədə məlumatı Pakistan Xarici İşlər Nazirliyi yayıb.
Pakistan və Azərbaycanın XİN başçıları neft və qaz, kənd təsərrüfatı, dəmir yolu və təhsil sahələrindəki əməkdaşlığın genişlənməsi imkanlarını müzakirə ediblər.
Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.