Türkiyənin Səhiyyə nazirinə peyvənd vurulub14 Yanvar 2021, 09:43 (GMT +4) Bakı, 14 yanvar, SalamNews. Türkiyənin Səhiyyə naziri Fahrettin Koca, ölkədə peyvəndlənmə kampaniyasına başlayaraq Çinin "SinoVac" şirkətinin istehsalı olan "CoronaVac" peyvəndini vurdurub.
SalamNews NTV-yə istinadən xəbər verir ki, proses canlı yayımda baş tutub.
Türkiyə hökuməti fövqəladə vəziyyətlərdə "CoronaVac" peyvəndinin istifadəsinə icazə verib, həkimlərin peyvəndlənməsi cümə axşamı günü başlayacaq.
Prosedur Ankara şəhər xəstəxanasında keçirilib.
Kocadan sonra Türkiyənin Elmi Şurasının üzvlərinə peyvənd vurulub.
|