Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Nazirlik: Vətən müharibəsində xəsarət almış hərbi qulluqçuların tibbi-sosial ekspertizası mərkəzləşmiş şəkildə aparılacaq

14 Yanvar 2021, 09:00 (GMT +4)

Bakı, 14 yanvar, SalamNews. Nazirlər Kabinetinin 13 yanvar 2021-ci il tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuların tibbi-sosial ekspertizası ilə bağlı bəzi məsələlər barədə” Qərarına əsasən, qeyd edilən tibbi-sosial ekspertizanın aparılması məsələlərinin operativ, vaxtında, keyfiyyətlə və mərkəzləşmiş şəkildə həlli məqsədilə komissiya yaradılıb. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən SalamNews-a verilən məlumata görə, Qərara əsasən, komissiyaya Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri sədrlik edəcək. 

Komissiyanın tərkibinə Azərbaycan Respublikası müdafiə, səhiyyə nazirlərinin müavinləri, Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri, Tabeliyində hərbi-həkim komissiyaları və həkim-uçuş komissiyaları olan dövlət orqanlarının səlahiyyətli şəxsləri daxil edilib.

Komissiya 2020-ci il 27 sentyabr tarixindən başlayan hərbi əməliyyatlar zamanı xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuları birgə əyani müayinədən keçirməklə mərkəzləşdirilmiş qaydada xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliklərin hərbi xidmətlə əlaqəsinin müəyyənləşdirilməsi ilə bağlı sənədlərin sürətlə rəsmiləşdirilməsini təmin edəcək. Həmçinin komissiya əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişləri “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edəcək və əyani müayinə keçirməklə əlilliyin qiymətləndirilməsini aparacaq. 

Komissiyaya əlilliyi müəyyən olunmuş hərbi qulluqçuların reabilitasiya vasitələri ilə növbədənkənar təmin edilməsi, onların reabilitasiyası ilə əlaqədar zəruri tədbirlərin görülməsi də tapşırılıb. Qeyd edilən tədbirlərin birgə həyata keçirilməsi üçün Qərarla komissiyadakı dövlət orqanlarının nümayəndələrindən, mütəxəssislərdən, o cümlədən ekspertlərdən ibarət işçi qrupları da yaradılacaq.

Nazirlər Kabinetinin bu gün qəbul etdiyi digər qərarla Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə operativ, vaxtında, keyfiyyətlə və əlaqəli şəkildə psixoloji yardım göstərilməsini təmin etmək məqsədilə də komissiya yaradılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

20 Yanvar 2021, 18:00 (GMT +4)
Ombudsman Aparatında 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı videokonfrans təşkil edilib

20 Yanvar 2021, 17:45 (GMT +4)
Türkiyənin Milli Müdafiə Nazirliyi 20 Yanvarla bağlı paylaşım edib

20 Yanvar 2021, 17:30 (GMT +4)
Hacıqabulda qanunsuz ov edən şəxslər saxlanılıb

20 Yanvar 2021, 17:27 (GMT +4)
Pompeo Çini Sincanda soyqırım törətməkdə ittiham edir

20 Yanvar 2021, 17:15 (GMT +4)
Ağcabədidə yük avtomobili ilə traktor toqquşub

20 Yanvar 2021, 17:00 (GMT +4)
İsrail səfiri 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib

20 Yanvar 2021, 16:45 (GMT +4)
Azərbaycanda daha 332 nəfər koronavirusa yoluxub, 12 nəfər ölüb

20 Yanvar 2021, 16:43 (GMT +4)
Co Bayden Administrasiyası ABŞ-ın Yəmən husilərilə bağlı sanksiya qərarını ləğv edəcəyini bildirib

20 Yanvar 2021, 16:40 (GMT +4)
Türkiyədə 1 milyondan çox insana koronavirus əleyhinə peyvənd vurulub

20 Yanvar 2021, 16:30 (GMT +4)
Bakı metrosunda qatarlar 20 Yanvar şəhidlərinin xatirəsinə matəm fiti verib

20 Yanvar 2021, 16:15 (GMT +4)
Daşkəsəndə 20 Yanvar faciəsinin ildönümü münasibətilə rayon şəhidlər xiyabanı ziyarət edilib (FOTO)

20 Yanvar 2021, 16:06 (GMT +4)
Bayden prezidentliyin ilk günündə ABŞ-ın ÜST-dən çıxışı prosesini dayandıracaq

20 Yanvar 2021, 16:00 (GMT +4)
MN: Vətən müharibəsindən qayıdan 2777 şəxsin müraciətinə baxılıb

20 Yanvar 2021, 15:45 (GMT +4)
İnterneti olmayan şagirdlər məktəblərdə imtahan verəcək

20 Yanvar 2021, 15:39 (GMT +4)
Pentaqon rəhbərliyinə namizəd Rusiya ilə daha sıx əməkdaşlığa hazır olduğunu bildirib

20 Yanvar 2021, 15:30 (GMT +4)
Azərbaycandakı dini konfenssiyaların rəhbərləri Şəhidlər xiyabanını ziyarət ediblər

20 Yanvar 2021, 15:15 (GMT +4)
İsmayıllıda 20 Yanvar şəhidləri anılıb (FOTO)

20 Yanvar 2021, 15:05 (GMT +4)
Rusiyada son sutkada koronavirusa yoluxanların sayı 21.152 nəfər artıb

20 Yanvar 2021, 15:00 (GMT +4)
Şuşada Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib (VİDEO)

20 Yanvar 2021, 14:58 (GMT +4)
Cavad Zərif gələn həftə Bakıya gəlir

20 Yanvar 2021, 14:45 (GMT +4)
20 Yanvar faciəsinin ildönümü Azərbaycan Ordusunda qeyd edilib (VİDEO)

20 Yanvar 2021, 14:30 (GMT +4)
İranın Bakıdakı Səfirliyi 20 yanvar faciəsilə bağlı başsağlığı verib

20 Yanvar 2021, 14:25 (GMT +4)
ABŞ-ın yeni rəhbərliyi uyğurların soyqırıma məruz qaldığına dair ittihamlarla razılaşır

20 Yanvar 2021, 14:15 (GMT +4)
Əfqanıstan səfirliyi 20 Yanvar faciəsi ilə əlaqədar başsağlığı verib

20 Yanvar 2021, 14:00 (GMT +4)
Neftçala rayonunda 20 Yanvar şəhidləri yad edilib

20 Yanvar 2021, 13:52 (GMT +4)
Çavuşoğlu: Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş qardaşlarımızın xatirəsini dərin ehtiramla yad edirik

20 Yanvar 2021, 13:45 (GMT +4)
Sumqayıtda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbir keçirilib

20 Yanvar 2021, 13:36 (GMT +4)
İran Co Bayden Administrasiyası ilə təmasların qurulmasını təkzib edib

20 Yanvar 2021, 13:21 (GMT +4)
Tramp 73 nəfəri əfv edib

20 Yanvar 2021, 13:15 (GMT +4)
İsmayıllıda qarın hündürlüyü 30 santimetrə çatıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66