ABŞ tarixində ilk: Trampa ikinci dəfə impiçment elan edildi14 Yanvar 2021, 10:03 (GMT +4) Bakı, 14 yanvar, SalamNews. ABŞ prezidenti Donald Tramp ABŞ tarixində iki dəfə impiçment elan edilən ilk dövlət başçısıdır.
SalamNews RİA "Novosti"yə istinadən xəbər verir ki, bu qərarın lehinə 232 konqres üzvü, əleyhinə 197 konqres üvzü səs verib. 5 nəfər səsvermədə iştirak etməyib.
Trampa qarşı birinci impiçment 2019-cu ilin dekabrında Konqresə hakimiyyət tərəfindən sui-istifadə və mane olma ittihamları ilə irəli sürülüb. Amma o vaxt Senat Trampa bəraət qazandırmışdı.
|