Senat 20 yanvaradək Trampın impiçmentinə dair qərar çıxarmayacaq 14 Yanvar 2021, 11:13 (GMT +4) Bakı, 14 yanvar, SalamNews. Senat, Donald Trampın prezidentlik müddəti başa çatana qədər impiçmentlə bağlı qərar qəbul etməyəcək.
SalamNews -un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bunu Senatdakı Respublikaçıların lideri Mitç Makkonel bildirib.
Makkonel bildirib ki, Senat bu həftə impiçment məsələsinə baxsa belə, Trampın 20 yanvarda vəzifəsindən getməsinə qədər proseduru tamamlamaq üçün vaxt çatmayacaq.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ABŞ tarixində iki dəfə impiçment elan edilən ilk dövlət başçısıdır.
Trampa qarşı birinci impiçment 2019-cu ilin dekabrında Konqresə hakimiyyət tərəfindən sui-istifadə və mane olma ittihamları ilə irəli sürülüb. Amma o vaxt Senat Trampa bəraət qazandırmışdı.
|