İsraildə bir günə 9,388 insanın koronavirusa yoluxması qeydə alınıb14 Yanvar 2021, 11:48 (GMT +4) Bakı, 14 yanvar, SalamNews, B,Samıd. İsraildə son sutkada koronavirusa yoluxmada yüksək rəqəm qeydə alınıb.
SalamNews İsrail mətbuatına istinadla xəbər verir ki, son sutkada bu ölkədə 121,485 nəfərin üzərində koronavirus testi həyata keçirilib və bu insanlardan 9,388 nəfərinin analizləri müsbət çıxıb.
Hal-hazırda israildə 80 min aktiv koronavirus xəstəsi var ki, onlardan təqribən iki min xəstənin vəziyyəti kritikdir.
Bu arada İsraildə ordu sıralarında Covid-19 virusuna yoluxmada rekord rəqəm qeydə alınıb.
Məlumata görə, bir günə burada ordu sırlarında 1,506 Covid-19 xəstəsi qeydə alınıb.
Qeyd edək ki, İsraildə sərt karantik rejimi davam edir. İsrail koronavirusla mübarizədə peyvəndlərin vurulmasını daha çox həyata keçirə bilən ölkədir.
|