İran Hind okeanın şimalında və Oman dənizində hərbi təlimlər keçirir (VİDEO)
14 Yanvar 2021, 13:06 (GMT +4)
Bakı, 14 yanvar, SalamNews, B,Samıd. İran Ordusunun Dəniz qüvvələri ötən gündən başlayaraq, Oman dənizinin şimalında və Hind Okeanının şimalında hərbi təlimlər keçirir.
SalamNews İSNA-a istinadla xəbər verir ki, “İqtidar – 99” adı altında keçirilən bu hərbi təlimlərdə Dəniz qüvvələrinin müxtəlif hərbi gəmilərinin, sualtı qayıqların fəaliyyəti və müxtəlif növ torpedo və kruiz raketləri nümayiş etdirilib.
Hərbi təlimlərin ikinci günündə sualtı qayıqlardan torpedo raketləri və hərbi gəmilərdən hədəfi dəqiq vuran kruiz raketləri atılıb.
Bu hərbi təlim son iki həftədə İranın üçüncü irimiqyaslı hərbi təlimidir.
İran Silahlı Qüvvələri ötən həftədə ölkənin PUA və raket arsenalını nümayiş etdirmək məqsədilə hərbi təlimlər keçirmişdi.
Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.