Birləşmiş Ərəb Əmirlikləri İsrail vətəndaşlarına ölkəyə vizasız girişə icazə verib14 Yanvar 2021, 14:00 (GMT +4) Bakı, 14 yanvar, SalamNews, B,Samıd. Birləşmiş Ərəb Əmirlikləri İsraillə münasibətləri normallaşdırdıqdan sonra viza rejimini də ləğv edib.
SalamNews İsrailin i24news telekanalının saytına istinadla xəbər verir ki, bu barədə BƏƏ-nin Xarici İşlər Nazirliyindən İsrailin Xarici İşlər Nazirliyinə məlumat verilib.
Bildirilib ki, Əbu-Dabi BƏƏ və İsrail arasında viza rejiminin ləğvi ilə bağlı anlaşmanı təsdiqləyib və bir aydan sonra İsrail vətəndaşlarından viza tələb etməyəcək.
Bu arada İsrailin xarici işlər naziri Qabi Aşkenazi bildirib ki, viza rejiminin ləğv edilməsi, Bəhreynlə, BƏƏ və Mərakeşlə münasibətlərin normallaşdırılması ilə bağlı anlaşmanın əsas müddəalarından biridir.
Qeyd edək ki, Bəhreyn və BƏƏ ötən ilin sentyabrında İsraillə əlaqələri normallaşdırmaq və rəsmiləşdirməklə bağlı Vaşinqtonda sənəd imzalayıblar. Artıq altı ərəb dövləti İsraillə münasibətləri normallaşdırdığı və rəsmiləşdirdiyini bəyan ediblər.
|