Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MEDİA

KİVDF-nin sabiq rəhbəri Vüqar Səfərli həbs edilib

14 Yanvar 2021, 15:26 (GMT +4)

Bakı, 14 yanvar, SalamNews. Ölkəmizdə həyata keçirilən dövlət siyasətinə uyğun olaraq demokratik cəmiyyətin əsas atributlarından olan kütləvi informasiya vasitələrinin inkişafı da daim diqqət mərkəzində saxlanılır.   

Baş Prokurorluğun mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, bununla yanaşı, bu mühüm sahə üzrə dövlətin dəstək siyasətinə öz qanunsuz əməlləri ilə kölgə salan vəzifəli şəxslərin aşkar olunaraq məsuliyyətə cəlb olunması istiqamətində prokurorluq orqanlarının məqsədyönlü və ardıcıl tədbirləri davam etdirilir.

Belə tədbirlərdən biri kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna  (KİVDF) dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsi zamanı aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar Hesablama Palatasından daxil olmuş materiallar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaqla Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sərəncamında olan əmlakın həmin qurumun İcraçı direktoru və əməkdaşlarının digər şəxslərlə əlbir olmaqla şəxsi maraqlarına uyğun istifadə etmələrinə, fəaliyyətin ayrı-ayrı istiqamətləri üzrə proqramların və vəzifələrin icra edilməsi adı ilə rəsmi sənədlərə yalan məlumatlar daxil edilərək  xüsusilə külli miqdarda ziyan vurulmaqla mənimsəmələrinə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və digər qanunsuz əməllər törətmələrinə əsaslı şübhələr müəyyən edilib.

Belə ki, aparılmış istintaqla müəyyən edilib ki, Fondun icraçı direktoru Səfərli Vüqar Müzəffər oğlu, “Portos” MMC-nin direktoru Məmmədov Nadir Məhərrəm oğlu və qeyriləri ilə qabaqcadan əlbir olaraq mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və yaşayış evlərinin tikintisi ilə bağlı 2013-2019-cu illər ərzində dövlət tərəfindən KİVDF-yə ayrılmış vəsaiti layihə və smeta sənədlərində iş həcmini əsassız şişirdib, işlərin və materialların dəyərini müəyyən edilmiş qiymətlərdən artıq göstərilməklə  “Portos” MMC-nin bank hesablarına köçürmüş, bununla da, mətbuat işçiləri üçün Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Bibiheybət qəsəbəsi ərazisində yaşayış binalarının tikintisi üzrə ayrılmış xüsusilə külli miqdarda pul vəsaitini mənimsəmiş, qeyd edilən cinayət əməllərinin aşkar olunmasının qarşısını almaq məqsədilə əlbir olduğu şəxslərlə birlikdə yerinə yetirilmiş işlərin qəbulu haqqında “Forma 2” aktlarında ayrılmış vəsaitlərin tam həcmdə binanın tikintisinə sərf edilməsinə dair yalan məlumatlar daxil edib şəxsən təsdiq etməklə vəzifə saxtakarlığı da törədib.

Bundan başqa, Vüqar Səfərli digər şəxslərlə qabaqcadan əlbir olaraq qurumun fəaliyyətinin təşkili üçün inzibati bina üzrə münasib yerin ayrılması və ya qeyri-yaşayış sahəsinin aşağı qiymətlərlə icarəyə verilməsi üçün Nazirlər Kabinetinin qərarları ilə müəyyən edilən qanuni prosedurlara qəsdən əməl etmədən, həmin Fondun maliyyələşməsinin həyata keçirildiyi dövlət büdcəsindən ayrılmış vəsait üzrə icarə xərclərinin özünün əvvəllər sədri olduğu, sonradan isə özünə yaxın şəxslərin fəaliyyətlərinə faktiki nəzarəti həyata keçirməkdə davam etdiyi şirkətlərə, habelə yaxın münasibətdə olduğu digər şəxslərə gəlir qismində verilməsinə nail olmaqdan ötrü həmin şəxslərin xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 23L ünvanında yerləşən müəssisə binasının 3-cü mərtəbəsinin Fondun inzibati istifadəsinə verilməsi məqsədilə maddi baxımdan Fond üçün daha ağır şərtlərlə icarəyə götürülməsinə dair müqavilələr bağlamış, 2011-2019-cu illər ərzində cəmi 812 min manat məbləğində pul vəsaitini icarə haqqı adı ilə köçürməklə dövlət büdcəsinə külli miqdarda ziyan vurub. 

Həmçinin, Vüqar Səfərli digər şəxslərlə qabaqcadan əlbir olaraq nəşr olunan qəzetlərə maliyyə yardımının göstərilməsi məqsədi ilə dövlət tərəfindən ayrılmış vəsaitin 2015-2019-cu illər ərzində 300 min manat məbləğində olan hissəsini ailə üzvünün adına təsis etdiyi “Futbol+Qol” qəzetinə qanunsuz olaraq köçürməklə həmin pulu, eləcə də qurumun məqsədlərinin həyata keçirilməsi üçün alınmış 103 min manat dəyərində dəftərxana ləvazimatlarını da mənimsəmiş, eyni zamanda 2017-2019-cu illər ərzində ziyafətlərin keçirilməsi ilə bağlı satınalma müqavilələrinin bağlanması zamanı qanunsuzluqlara yol verməklə KİVDF-yə məxsus olmaqla ona etibar edilmiş cəmi 105 min manat məbləğində pul vəsaitini israf etmişdir.

Bundan əlavə, Vüqar Səfərli qeyriləri ilə qabaqcadan əlbir olaraq qeyd edilən mənimsəmə və vəzifə saxtakarlığı cinayətləri üzrə əldə etdiyi xüsusilə külli miqdarda pul vəsaitini kommersiya bankında olan milli və xarici valyutadakı depozit hesablarına 2015-2018-ci illər ərzində cəmi 5 milyon 796 min manatı yerləşdirməklə cinayət yolu ilə əldə edilmiş həmin pul vəsaitlərini külli miqdarda leqallaşdırmışdır.

İş üzrə toplanmış ilkin sübutlar əsasında Səfərli Vüqar Müzəffər oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313 (vəzifə saxtakarlığı), Məmmədov Nadir Məhərrəm oğlu isə Cinayət Məcəlləsinin 179.4, 308.2 və 313-cü maddələrinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə qeyd edilən korrupsiya şəbəkəsində iştirak etmiş digər şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri və dövlətə vurulan ziyanın bərpa olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

23 Sentyabr 2021, 18:02 (GMT +4)
Fotoqraf Reza Deqati Azərbaycan Mətbuat Şurasında olub 

23 Sentyabr 2021, 17:55 (GMT +4)
Sentyabrın 27-də Azərbaycanda Anım Günü qeyd olunacaq

23 Sentyabr 2021, 17:50 (GMT +4)
Rusiyada radardan itən təyyarə tapılıb

23 Sentyabr 2021, 17:45 (GMT +4)
Təhsil Nazirliyi: 30 məktəbə yeni direktor təyin edilib

23 Sentyabr 2021, 17:35 (GMT +4)
Çinli alimlər COVID-19-un mənşəyi ilə bağlı yeni versiya irəli sürüb

23 Sentyabr 2021, 17:22 (GMT +4)
Azərbaycanın XİN başçısı daha 3 ölkədən olan həmkarları ilə görüşüb

23 Sentyabr 2021, 17:15 (GMT +4)
AFFA "Qəbələ"ni 4 min manat məbləğində cərimələyib

23 Sentyabr 2021, 17:10 (GMT +4)
Nazir: “Ermənistanın təcavüzkar siyasətinə rəğmən Azərbaycan münasibətləri normallaşdırmağa hazırdır”

23 Sentyabr 2021, 16:58 (GMT +4)
Rusiyada miqrasiya ilə bağlı yeni qanun hazırlanır

23 Sentyabr 2021, 16:54 (GMT +4)
Husilər Yəmənin əl-Bəyda əyalətini tamamilə nəzarətə götürdüklərini bildiriblər (VİDEO)

23 Sentyabr 2021, 16:52 (GMT +4)
Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

23 Sentyabr 2021, 16:42 (GMT +4)
Polşalı azarkeş Mahir Emreliye sevgisini Azərbaycan dilində göstərib - (FOTO)

23 Sentyabr 2021, 16:40 (GMT +4)
Azərbaycanda son sutkada 1 178 nəfər COVID-19-a yoluxub, 24 nəfər ölüb

23 Sentyabr 2021, 16:32 (GMT +4)
Naxçıvanda müharibə əlillərinə ev tikintisi üçün 1 milyon manat ayrılıb

23 Sentyabr 2021, 16:20 (GMT +4)
ABŞ və Mərkəzi Asiya Xarici İşlər nazirliklərinin rəhbərləri görüş keçirib

23 Sentyabr 2021, 16:12 (GMT +4)
Azərbaycan, Rusiya və Ermənistan Baş prokurorlarının üçtərəfli görüşü keçirilib

23 Sentyabr 2021, 16:01 (GMT +4)
Azərbaycan-Türkiyə birgə hökumətlərarası komissiyanın tərkibində dəyişiklik edilib

23 Sentyabr 2021, 16:00 (GMT +4)
“Qarabağ”ın rəqibi “Liverpul”un futbolçusunu istəyir

23 Sentyabr 2021, 15:51 (GMT +4)
Qəddafinin oğlundan sonra general Haftar da Liviyada prezidentliyə namizədliyini verir

23 Sentyabr 2021, 15:43 (GMT +4)
Bülbülün Şuşadakı ev muzeyinə direktor təyin edilib

23 Sentyabr 2021, 15:32 (GMT +4)
Birinci milli “CEO Award Azerbaijan” müsabiqəsinin qalibləri elan edilib

23 Sentyabr 2021, 15:27 (GMT +4)
AB AUKUS-a cavab olaraq yeni müdafiə ittifaqı qura bilər

23 Sentyabr 2021, 15:18 (GMT +4)
"Moderna" rəhbəri koronavirus pandemiyasının sona çatacağı vaxtla bağlı proqnoz verib

23 Sentyabr 2021, 15:17 (GMT +4)
Siyəzən rayonunun 2 kəndində içməli su layihəsinin icrası yekunlaşdırılıb

23 Sentyabr 2021, 15:04 (GMT +4)
Nazir ATƏT sədrini Ermənistanın üçtərəfli bəyanata zidd davranışı barədə məlumatlandırıb

23 Sentyabr 2021, 14:52 (GMT +4)
Rusiyada son sutkada 21 438 nəfər koronavirusa yoluxub

23 Sentyabr 2021, 14:50 (GMT +4)
Taliban türkmənşəli həzarələri Əfqanıstanın üç bölgəsindən məcburən köçürür - KİV

23 Sentyabr 2021, 14:47 (GMT +4)
Suraxanıda avtomobil yollarının yenidən qurulmasına 6 milyon manat ayrılıb

23 Sentyabr 2021, 14:38 (GMT +4)
Fransa çempionatında kütləvi dava baş verib - (FOTOLAR)

23 Sentyabr 2021, 14:37 (GMT +4)
FHN: Balakən və Zaqatalada çaylar daşıb, ərazilərə helikopter cəlb edilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66