Hind okeanın şimalında İranın hərbi təlimləri zamanı gərgin anlar yaşanıb (VİDEO)
14 Yanvar 2021, 17:11 (GMT +4)
Bakı, 14 yanvar, SalamNews, B,Samıd. İranın Hind okeanın şimalında və Oman dənizində həyata keçirdiyi hərbi təlimlər zamanı naməlum sualtı qayığı peyda olub və gərginlik yaşanıb.
SalamNews İLNA-a istinadla xəbər verir ki, bu gün Hind okeanın şimalında hərbi təlimlər zamanı bir naməlum sualtı qayıq təlimlərin keçirdiyi ərazi yaxınlığında peyda olub.
İran helikopterləri dərhal həyata keçərək, xəbərdarlıq ediblər.
Məlumata görə aşkarlandığını bilən sualtı qayıq ərazidən uzaqlaşmalı olub.
Qeyd edək ki, İran son iki həftədə üçüncü hərbi təlimini keçirir. Ötən gün Hind okeanın şimalında və Oman dənizində başladılan hərbi təlimlərə İranın Dəniz qüvvələri cəlb edilib.
Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.