Səudiyyə Ərəbistanı koalisiyası son sutkada Yəmənə 25 hava zərbəsi endirib15 Yanvar 2021, 09:16 (GMT +4) Bakı, 15 yanvar, SalamNews, B,Samıd. Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi hərbi koalisiyanın təyyarələri son 24 saat ərzində Yəmənin paytaxtı Səna da daxil olmaqla bir neçə əyalətə 25 hava zərbəsi endirib.
SalamNews əl-Məsira telekanalına istinadla xəbər verir ki, hava zərbələrinin bir neçəsi paytaxt Səna şəhərindəki beynəlxalq hava limanı və ətrafını hədəfə alıb.
Yəmənin əl-Əmran, Mərib və Səda əyalətlərinin müxtəlif rayonları da hava zərbələrinə məruz qalıb.
Yaralananlar var.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı və koalisiyası 2015-ci ilin mart ayından Yəməndə legitimliyi dəstəkləmək adı ilə bu ölkədə hərbi müdaxiləyə başlayıb. Bu hərbi müdaxilə nəticəsində on minlərlə insan həyatını itirib.
|