Lavrov Moskvada İran XİN rəhbəri ilə görüşəcək15 Yanvar 2021, 13:24 (GMT +4) Bakı, 15 yanvar, SalamNews. Rusiya Xarici İşlər Naziri Sergey Lavrov yanvarın 26-da Moskvada İran Xarici İşlər Naziri Zərif ilə görüşəcək.
SalamNews -un məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
Onun sözlərinə görə, tərəflər bir sıra aktual beynəlxalq məsələləri, o cümlədən Dağlıq Qarabağ bölgəsindəki vəziyyəti, JCPOA ətrafındakı vəziyyəti, Suriya, Əfqanıstan və Fars Körfəzi bölgəsindəki vəziyyəti müzakirə edəcəklər.
|