Bakı, 15 yanvar, SalamNews. Rusiyada son sutkada koronavirusa (COVID-19) yoluxma hallarının sayı 24.715 artaraq 3.520.531-ə çatıb.
SalamNews xəbər verir ki, bu barədə COVID-19 əməliyyat qərargahından məlumat verilib.
Son sutkada Rusiya Federasiyasında 555 nəfər koronavirus səbəbiylə ölüb.
Epidemiyanın başlanğıcından bəri ölənlərin ümumi sayı 64.495 nəfərə çatıb.
Rusiyada son sutkada 27.636 nəfər olmaqla COVID-19-dan 2.909.680 nəfər sağalıb.
546 356 nəfərin müalicəsi davam edir.