İran son iki həftədə dördüncü dəfə hərbi təlim keçirib (FOTO, VİDEO)15 Yanvar 2021, 13:46 (GMT +4) Bakı, 15 yanvar, SalamNews, B,Samıd. İranın İslam İnqilabının Keşikçilər Ordusu (Sepah) ölkənin Kəvir səhrasında yeni hərbi təlimlər keçirib.
SalamNews İran mətbuatına istinadla xəbər verir ki, bu gün Sepah Kəvir səhrasında "Peyğəmbəre Əzəm-15” adlı hərbi təlimlər keçirib.
Öncədən elan edilməmiş bu hərbi təlimlərə İranın qısa və orta mənzilli ballistik raketləri, o cümlədən “Zülfüqar”, “Dezful” və “Zilzal” kimi ballistik raketləri cəlb edilib.
Bu hərbi təlimlər zamanı İran yeni kamikadze PUA-larını da xüsusi şəkildə nümayiş etdirib.
Qeyd edək ki, İran son iki həftədə dördüncü dəfədir, hərbi təlim keçirir. İran Silahlı Qüvvələri bu hərbi təlimlərdə PUA və raket arsenalını, eləcə də, dəniz qüvvələrinin hərbi imkanlarını nümayiş etdirib.
|