Bakı, 15 yanvar, SalamNews. Amerika Müdafiə Nazirliyi, ABŞ-da fəaliyyət göstərən və Vaşinqtonun fikrincə ÇXR-in hərbi sənayesi ilə əlaqəsi olan Çin şirkətlərinin siyahısını genişləndirib.
SalamNews -un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.
Siyahıya Çin Ticarət Aviasiya Korporasiyası (COMAC) və Çinin ən böyük smartfon istehsalçılarından biri olan "Xiaomi" daxil olmaqla daha doqquz müəssisə əlavə edilib.
"Pentaqon siyahını yeniləməyə davam edəcək, ehtiyac olarsa əlavə təşkilatlar da siyahıya salınacaq", nazirliyin açıqlamasında deyilir.