Bakı, 15 yanvar, SalamNews. Rusiya Azərbaycan və Ermənistan ictimai xadimlərinin humanitar xarakterli təşəbbüslərini alqışlayır.
SalamNews-un verdiyi xəbərə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlayıb.
"Biz hər şəkildə Azərbaycan və Ermənistan ziyalıları arasında birbaşa dialoqun qurulmasını, habelə iki ölkənin birgə humanitar tədbirlərin keçirilməsini alqışlayırıq. Fikrimizcə, bu cür təşəbbüslər barışıq, etimad, qarşılıqlı anlaşma mühitinin formalaşmasına kömək edir. Həm Azərbaycan, həm də erməni xalqlarına, prinsip etibarilə bütün Cənubi Qafqaz bölgəsi üçün faydalı olar", o deyib.