Putin RF Təhlükəsizlik Şurası ilə Əliyev və Paşinyanla üçtərəfli görüşün nəticələrini müzakirə edib15 Yanvar 2021, 17:08 (GMT +4)
Bakı, 15 yanvar, SalamNews. Rusiya Prezidenti Vladimir Putin, RF Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüş keçirib. Görüşdə müzakirə edilən mövzulardan biri də Dağlıq Qarabağdakı nizamlanmaya həsr olunmuş RF-Azərbaycan-Ermənistan sammitinin nəticələri olub.
SalamNews xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında məlumat yayılıb.
"Vladimir Putin görüş iştirakçılarına 11 yanvarda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla Dağlıq Qarabağ nizamlanmasına dair üçtərəfli danışıqların nəticələri barədə məlumat verib", açıqlamada deyilir.
İclasda Rusiyanın daxili və xarici siyasətinin digər aktual məsələləri ilə bağlı da fikir mübadiləsi aparılıb.
|