Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Sosial-psixoloji reabilitasiyaya cəlb olunan qazilərlə görüş olub (FOTO)

16 Yanvar 2021, 16:20 (GMT +4)

Bakı, 16 yanvar, SalamNews. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekpsertiza və Reabilitasiya Agentliyinin (DTSERA) sədri Cavid Əbdül-Qədirov Agentliyin Reabilitasiya Mərkəzində sosial-psixoloji reabilitasiya xidmətləri göstərilən Vətən müharibəsi qaziləri ilə görüşüb.

Nazirlikdən SalamNews-a verilən məlumata görə, görüşdə C.Əbdül-Qədirov dövlət başçısının tapşırığı ilə Nazirlik tərəfindən postmüharibə dövründə şəhidlərin ailələri, qazilərimizlə bağlı sosial dəstək tədbirləri həyata keçirildiyini deyib.

Qeyd edilib ki, bu dəstək tədbirləri artıq 8500 şəxsi əhatə edib və onlardan 3200-ə yaxın şəxs sosial-psixoloji dəstəklə təmin olunub. O cümlədən, DTSERA-nın reabilitasiya müəssisələrində postmüharibə dövründə 260 qaziyə, şəhidlərin, yaralı hərbçilərin 20 uşağına sosial-psixoloji reabilitasiya xidmətləri göstərilib. Bakı Sağlamlıq Mərkəzində və Sərhəd Qoşunları Hospitalında müalicə alan hərbçilərdən 28 hərbçini də Agentlik sosial-psixoloji reabilitasiyaya cəlb edib. Eləcə də 5 qazi yüksək texnologiyalı müasir protezlə, 7 qazi əlil arabası, əlavə olaraq 130-a yaxın qazi 530-dan çox reabilitasiya vasitəsi ilə təmin olunub.

Nazirlər Kabinetinin 13 yanvar 2021-ci il tarixli Qərarı ilə əmək və əhalinin sosial müdafiəsi nazirinin sədrliyi ilə yaradılan komissiya tərəfindən isə hərbçilərin tibbi-sosial ekspertizasının əyani müayinə keçirməklə, operativ, vaxtında, keyfiyyətlə və mərkəzləşmiş şəkildə aparılması üçün müvafiq işlər görülür.

Görüş zamanı mərkəzdə sosial-psixoloji reabilitasiya kursu başa çatmaqda olan qazimiz - döyüşlərdə qəlpə yarası almış Cəfərov Samir İlham oğlunun doğum günü olduğu bildirilib və onun ad günü qeyd edilib. Agentlik sədri, mərkəzin kollektivi, qazi yoldaşları ona xoş arzularını ifadə ediblər.

Görüşdən sonra Agentliyin sədri göstərilən sosial-psixoloji reabilitasiya xidmətlərini nəzərdən keçirib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

26 Fevral 2021, 18:00 (GMT +4)
"Azercell" yeni internet paketini təqdim edib

26 Fevral 2021, 17:58 (GMT +4)
ABŞ-dakı türk təşkilatları ermənilərin Xocalıda törətdikləri vəhşilikləri pisləyib

26 Fevral 2021, 17:53 (GMT +4)
Ali Məhkəmənin Mülki Kollegiyasının fəaliyyətinə dair hesabat açıqlanıb

26 Fevral 2021, 17:46 (GMT +4)
Bakıda narkotiklə saxlanılan şəxsdə silah aşkarlanıb

26 Fevral 2021, 17:36 (GMT +4)
Bakı sakininin 2 250 manatı və telefonu soyğunçuluqla alınıb

26 Fevral 2021, 17:28 (GMT +4)
Putin RF Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Dağlıq Qarabağ ətrafındakı vəziyyəti müzakirə edib

26 Fevral 2021, 17:21 (GMT +4)
"Qaçqınkom" məcburi köçkünlərə verilən müavinətdan tutulmalar olması barədə məlumatlara münasibət bildirib

26 Fevral 2021, 17:14 (GMT +4)
Ərdoğan: Hakimiyyət dəyişikliyi erməni xalqının haqqıdır

26 Fevral 2021, 17:10 (GMT +4)
Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib

26 Fevral 2021, 17:03 (GMT +4)
Azərbaycan neftinin qiyməti 67 dollara çatıb

26 Fevral 2021, 16:54 (GMT +4)
Almaniyada son sutkada on minə yaxın insana COVID-19 diaqnozu qoyulub

26 Fevral 2021, 16:53 (GMT +4)
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib

26 Fevral 2021, 16:44 (GMT +4)
Ombudsman: "Hərbi əsirlərlə bağlı məsələ mütamadi diqqətdə saxlanlır"

26 Fevral 2021, 16:34 (GMT +4)
Prezident: "Əsas məqsədimiz bu qanlı cinayətin heç vaxt unudulmamasıdır"

26 Fevral 2021, 16:25 (GMT +4)
Azərbaycan, Rusiya və Ermənistan Baş nazir müavinlərinin növbəti iclası planlaşdırılıb

26 Fevral 2021, 16:23 (GMT +4)
"YAŞAT" Fondunun rəhbəri: "Bu gün daha 2 qazimizi Türkiyəyə yola saldıq"

26 Fevral 2021, 16:12 (GMT +4)
Azərbaycanda ötən il əsas kiber risklər fişinq və lokal təhdidlər olub

26 Fevral 2021, 16:04 (GMT +4)
ABŞ Suriyaya hava zərbələri endirməmişdən öncə Rusiya tərəfə məlumat verib

26 Fevral 2021, 15:56 (GMT +4)
Azərbaycanda son sutkada 219 nəfər COVID-19-a yoluxub, 180 nəfər sağalıb

26 Fevral 2021, 15:54 (GMT +4)
İrəvanda müxalifətin mitinqləri davam edir

26 Fevral 2021, 15:40 (GMT +4)
Azərbaycan Türkiyə-Ermənistan sərhədlərinin açılmasına mənfi rəy verməyəcək

26 Fevral 2021, 15:28 (GMT +4)
Gəncədə yanacaqdoldurma məntəqəsinə basqın edən maskalı şəxs tutulub

26 Fevral 2021, 15:14 (GMT +4)
Kreml: Ermənistandakı hadisələr hələ Qarabağla bağlı razılaşmaların icrasına təsir göstərmir

26 Fevral 2021, 15:08 (GMT +4)
İlham Əliyev: Türkiyədən ən müasir silah növlərinin alınması üçün yeni müqavilələr imzalanıb

26 Fevral 2021, 14:57 (GMT +4)
Əli Əhmədov: Xocalı bizim qan yaddaşımızdır

26 Fevral 2021, 14:46 (GMT +4)
BŞMBİ Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib

26 Fevral 2021, 14:45 (GMT +4)
Türkiyədə "Sputnik V" peyvəndinin toksikoloji testləri başlayıb

26 Fevral 2021, 14:31 (GMT +4)
Qazaxıstan səfirliyi Xocalı soyqırımının ildönümü ilə bağlı başsağlığı verib

26 Fevral 2021, 14:23 (GMT +4)
Moldovada Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı tədbir keçirilib

26 Fevral 2021, 14:21 (GMT +4)
ABŞ-ın Suriyaya aviazərbələrindən sonra İran və Suriya XİN rəhbərləri danışıblar

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66