Fələstində parlament və prezident seçkilərinin vaxtı açıqlanıb16 Yanvar 2021, 10:23 (GMT +4) Bakı, 16 yanvar, SalamNews, B,Samıd. Fələstində parlament seçkiləri cari ilin may ayının 22-də, prezident seçkiləri isə iyul ayının 31-də keçiriləcək.
SalamNews Fələstin Media Mərkəzinin saytına istinadla xəbər verir ki, bu barədə Fələstin Muxtariyyətinin lideri Mahmud Abbas sərəncam imzalayıb.
Bildirilib ki, Fələstində parlament seçkiləri cari ilin may ayının 22-də, prezident seçkiləri isə iyul ayının 31-də keçiriləcək.
HƏMAS hərəkatı bu addımı alqışlayıb və onun, Fələstində cinahlar arasında ixtilafa son qoyacağını və milli birliyi möhkəmləndirəcəyini bəyan edib.
Seçkilərin, digər ölkələrdə qaçqın kimi yaşayan 7 milyondan çox fələstinlilər üçün və ya İsrailin işğal etdiyi ərazilərdəki fələstinlilər üçün də keçiriləcəyi hələ məlum deyil.
Sonuncu dəfə Fələstində ümummilli seçkilər 14 il öncə keçirilib.
|